nikah haqqinda sehadetname

Qadın ərinin maşınını etibarnaməsiz necə idarə edə bilər?

Baxış sayı: 1. 614

Nikah şəhadətnaməsi həm də etibarnamədir.

Etibarnəmə olmadan həyat yoldaşının avtomobilini idarə etmək olar.

Amma bunun üçün gərək cütlüyün nikah şəhadətnaməsi ola. Yəni yol polisinə sürücülük vəsiqəsi ilə yanaşı, nikah şəhadətnaməsini təqdim etmək kifayət edir.

Ancaq insanların əksəriyyəti belə bir qaydadan xəbərsizdilər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qanunda belə bir qayda var. Daşınan və daşınmaz əmlak ərlə arvadın birgə mülkiyyəti hesab edilir. Ona görə də qadın həyat yoldaşının avtomobilini onun icazəsi olmadan da idarə edə bilər.

 avtomobilBəs qadın həmin avtomobillə qaydaları pozarsa necə,protokol belə olduqda kimə yazılır?

Fərq etməz qaydanı kim pozub, istənilən halda ödəniləcək cərimə ailə büdcəsindən çıxacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir