Qadın cənazə evində dirildi

Baxış sayı: 1. 483

Almaniyada bir həkimin “öldü” dediyi 92 yaşlı qadın “cənazə evi”ndə oyandığı zaman hər kəs şoka düşüb. Yaşlı qadının yaşadığı otaqdan gələn qışqırıq səslərindən sonra onun sağ olduğu aydınlaşıb. Adı açıqlanmayan 53 yaşlı həkim uzun müddət xəstəxanada yatan qadının öldüyü haqda ailəsinə məlumat verib. Axşam saatlarında ölən qadın ertəsi gün dəfn edilmək üçün “morq”a yerləşdirilib. Soyuq otağın gözətçilərindən biri gecə saatlarında qışqırıq səsi eşidib. Qadının saxlanıldığı yerə gəldiyi zaman yaşlı qadının oyandığını görüb. Çox keçmədən qadının öldüyünü deyən həkim polislər tərəfindən nəzarətə götürülüb. Məlumatlara görə, ona ya həbs, ya da pul cəzası veriləcək. Onu da qeyd edək ki, ürək xəstəliklərindən əziyyət çəkən 92 yaşlı qadın həmin hadisədən iki gün sonra həyatını itirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir