seks

Qadın cinsi münasibətdən niyə qaçır?

Baxış sayı: 417
 Dünyada hər 10 qadından biri vaginizm problemindən əziyyət çəkir. Ancaq bu xəstəlik özünü hər zaman biruzə verməyə bilər.Vaginizm xəstəliyi cinsi münasibət zamanı qadının bu vəziyyəti imkansız hala gətirməsidir.

Cinsi münasibətdən kişi və qadının həzz alması ikili münasibətlərin, xüsusilə də xoşbəxt evliliyin təməl daşıdır.

Ancaq baş verən bəzi  problemlər bu istəyin geri plana atılmasına səbəb ola bilər. Vaginizm xəstəliyi qadında cinsi münasibətə istəksizlik yaradır. Bu xəstəliyə tutulanlar cinsi münasibətdən heç bir şəkildə həzz almır, hətta ona bezdirici gəlir. Bu hər insanda özünü bir formada əks etdirir.

Похожее изображение

İlkin göstəricilər nədir?

Bu zaman qadın cinsi münasibətdən çox qorxur və hətta bundan qaçır.

 

Ağrılı cinsi münasibət

Münasibət çox ağrılı olur və çətin şəkildə həyata keçir.

 

Ginekoloq qorxusu

Qadınlar cinsi münasibətdən qorxduqları üçün həkimə də getmək istəmirlər, münasibət zamanı özlərini sıxdıqları üçün bunu daha da çətin hala gətirirlər.

Seks

Vaginizm niyə yaranır?

Xəstəliyin tibbi səbəbi tapılmasa da adətən psixoloji problemdən qaynaqlandığı təxmin edilir.

 

Vaginizmin müalicəsi necə aparılır?

Xəstəliyin müalicəsi qadının şikayətlərinə uyğun olaraq aparılır. Adətən xəstədə bu problemi yaradacaq məsələnin əsas mənbəyi araşdırılır. Bəzən ehtiyac duyulduqda ginekoloq xəstəni psixoloqa da yönləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir