PUL

Qadın öz ərinin cibindən icazəsiz pul götürərsə… – DİN NƏ DEYİR?

Baxış sayı: 924

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır.

Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə, bütün bunlar kişinin puldan götürməyə razı olmadığı hala aiddir.
Əgər qadın bilsə ki, onun puldan götürməsinə kişi etiraz etmir, kişi bunu hər hansı vasitə ilə qadına bildirmişsə, o halda bu addım icazəli sayılır; amma bu zaman da qadın xəbərdarlıq edilməli və pulu götürdüyü barədə kişiyə məlumat verməlidir.

Hər şeydən əvvəl, bu, ailənin xeyrinə olan bir məsələdir. Çünki əksər ailələrdə pulu xərcləyən, alış-verən edən kişidir və o, öz cibindəki pulun miqdarını bilməlidir ki, lazım olan vaxt həmin məbləği xərcləmək istəyərkən pis duruma düşməsin.

Əlbəttə, kişi də öz üstünlüyündən sui-istifadə etməməli, qadının bütün zəruri xərclərini qarşılamalıdır. Bu işlər səmimiyyət və qarşılıqlı anlaşma, ədalət müstəvisində tənzimlənməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir