qetl

Qadın qətlləri artır:“Qızlarımız ərə getmir, ərə verilirlər”

Baxış sayı: 626

Naxçıvan Muxtar Respublikasında (MR) dəhşətli qətl hadisəsi baş verib. MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib.

Cinayəti törədən Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda  araşdırma aparılır.

Baş verənlərlə bağlı təəsüratlarını bölüşən yazıçı-jurnalist Türkan Turanın sözlərinə görə, cəmiyyətimizdə qızların erkən ərə verilməsi geniş yayılı. O, qeyd edib ki, 18-19 yaşlı qızların ailə qurmasını normal qəbul edirlər:

“Elə bilirlər ki, belə də olmalıdır. Düşünürlər ki, qızın nikah yaşı çatıbsa, onu mütləq ərə vermək lazımdır. Düzdür, nikah yaşından aşağı-15-16 yaşlarda da ərə verilən qızlar var. Düşünürlər ki, qızın 18 yaşı tamamdırsa, evliliyə hazırdır. Bizim qızlar adətən ərə getmir, ərə verilirlər.

Bu günlərdə qadın körpəsi ilə birlikdə öldürüldü. Anası açıqlama verib ki, oğlan qızını nişanlı vaxtı da döyürdü. Həmin qadın da 19-20 yaşlarında ərə getmişdi. Qızın valideynləri “el-aləm nə deyər?” düşüncəsi ilə yaşayıb. Bu, olduqca dəhşətli bir faktdır”.

T.Turanın qənaətincə, qadın cinayətləri ilk növbədə vəhşi kişilər yetişdirildiyi üçün baş verir:

“Digər tərəfdən isə valideynlərin “ər evinə getdinsə, ancaq kəfənlə çıxmalısan” düşüncəsi qadın qətllərinin sayını artırır. Ata-ana övladına sahib çıxmır, onlar üçün əsas olan el-aləmdir. Bu səbəbdən də qadın cinayətləri baş alıb gedəcək. Çünki cəmiyyətimizdə evlilik sturukturunun təməli bərbaddır. Heç bir müsbət məqamların olduğunu müşahidə etmirik. Əksinə vəziyyət günü-gündən pisləşir. Ən əsası qadınlar maariflənmir. Bu cür olayların yaşanması isə cəhalətdən doğur”.

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir