is

Qadın rəhbərlərin biznesdəki 3 üstünlüyü nədən ibarətdir?

Baxış sayı: 971

Rəhbər qadınların onların biznesdəki işlərinin keyfiyyətində özünü göstərən bir sıra üstünlükləri var. Bu barədə Peakon şirkətinin yeni araşdırmasında bəhs edilir.Əsasən, qadınlar əməkdaşlara firmanın strategiyasına böyük inamı aşılamağı bacarırlar.

Qadın-rəhbərlərin sayının 1960-cı illərdən bəri dayanmadan artmasına baxmayaraq, bu faiz göstəricisi hələ də aşağıdır. Məsələn, Fortune 500 reytinqində təqdim edilmiş top-menecerlərin yalnız 5%-i qadınlardır. Peakon-un hesabatında deyilir ki, rəhbər mövqelərdə gender bərabərsizliyini təmin etmək üçün qadın liderlərin niyə biznes üçün əla namizəd olmaları barədə dəqiq bilgilər əldə etmək lazımdır.

Araşdırmaçılar qadınlar tərəfindən idarə edilən şirkətlərin kişilər tərəfindən idarə olunanlardan nə ilə fərqləndikləri sorğu keçiriblər. Cavab üçün 43 ölkədən olan müxtəlif firmanın 60 minə yaxın əməkdaşı arasında sorğu keçirilib. Onlardan 3 mini menecer olub. Məlum olub ki, qadın rəhbərlər çoxlu üstünlüklərə malikdirlər.

ish

Qadınların rəhbər olduqları şirkətlərin əməkdaşları startegiyaya böyük inam bəsləyirlər

Dəqiq strategiya güclü qarşılıqlı fəaliyyət hərəkətvericisidir. O, baş direktordan tutmuş adi personala kimi hər kəsə istiqamət və mahiyyət duyğusu verir.

Güclü strategiya insanın gördüyü işlə onun digərlərinə göstərdiyi müsbət təsir arasında  dəqiq bir hədd yaratmağa kömək edir. Bu da tapşırıqların yerinə yetirilməsi və ya məqsədlər nail olunması üçün motivasiyanı artırır.

 

Qadınların rəhbərlik etdiyi biznesdə rabitə daha yaxşı qurulur, əməkdaşlar isə  şirkətlərinin missiyasını dərk edirlər

Qadınların rəhbərlik etdikləri şirkətləri əməkdaşlar iki əsas göstərici – rabitə və missiyalara görə daha effektiv qəbul edirlər. Ekspertlər deyirlər ki, startegiya, rabitə və missiyalar arasındakı əlaqə çox vacibdir.

2007-ci ildə Mançester biznes-məktəbinin araşdırmaçıları müəyyən ediblər ki, daxili rabitə nəinki qarşılıqlı əlaqəyə həm də öhdəlik duyğusu yaradaraq strateji nəticələrə təsir göstərir. Bu yüksək məşğulluq sayının artmasına və  əməkdaşların şirkətin missiyasına çoxlu töhfələr verməsinə gətirib çıxarır.

Qadınlar şirkətlərinin məhsuluna inamı artırırlar

Qadınlarin rəhbər olduqları şirkətlərin əməkdaşları firmalarının təklif etdikləri məhsul və xidmətlərin dəyərinə daha dərindən əmin olurlar. Bəs inamla strategiya arasında nə kimi əlaqə var? Yəqin ki, söhbət tarixdən gedir. Tanınmış Andreessen Horowitz vençur firmasıın əsas tərəfdaşı və həmtəsisçisi Ben Horowitz belə izah edir: “  İnsanlar tarixin ancaq marketinqlə əlaqəli olduğunu düşünməklə səhvə yol verirlər. Xeyr, tarix elə strategiyanın özüdür. Əgər tarixinizi yaxşı yazsanız srtategiyanız da yaxşı olacaq”. İnsanlara tarixi töhfə etmək onlarda məhsula inamı formalaşdırır.

Məlumatların, qadın liderliyi ilə şirkətin strategiyasına dərin inam arasında sıx bağlılığın olmasını göstərməsinə baxmayaraq, araşdırmaçılar bu nəticələrdəki səbəb əlaqəsini dəqiq təyin edə bilmirlər. Məsələn, daha ruhlandırıcı missiyalı şirkətlərin qadınları rəhbər yerlərə irəli çəkməsi ehtimalı daha yüksəkdir.

Bundan əvvəl Inc. deyib ki, son 10 il ərzində kiçik və orta biznes sahəsində rəhbərlərin sayı iki dəfə artıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir