kisi-qadin

Qadın və kişi arasında bilmədiyiniz ENERJİ QANUNU

Baxış sayı: 1. 556

Tantrik təliminə inansaq, qadın və kişi arasında energetik əlaqə cinsi münasibətlər baş verməzdən xeyli əvvəl başlayır. İki insan qarşılıqlı olaraq bir-birini bəyəndiyi zaman onların arasında çoxkanallı enerji mübadiləsi aktivləşir. Bu enerji yaradıcılıq potensialını göstərməyə, psixo-emosional balansı normallaşdırmağa və həyatın bütün aspektlərini yaxşılaşdırmağa imkan verir.

“Gencaile.az”  “Publika.az”-a istinadən bu yazıda oxucuları partnyorlar arasında enerji əlaqəsinin xüsusiyyətləri ilə tanış edir.

Bütün həyati proseslər enerji mübadiləsi ilə bağlıdır. Aldığımız müsbət və ya mənfi emosiyalar təbii enerji sahəsinə və aura vəziyyətinə təsir göstərir. Buddistlər əmindir ki, kişilər təbiətən enerjisini göydən alır, qadınlar isə əksinə yer enerjisi ilə qidalanır. Güclü cinsin nümayəndəsi öz ideya və fikirlərini həyata keçirə bilmək, eləcə də qüvvə toplamaq üçün qadın enerjisinə ehtiyac duyur. Qızlar isə əksinə energetika ötürülməsi yolu ilə emosional baxımdan təmin olunur və gəncliyin ömrünü uzadırlar. Bu prosesdə özünəməxsus tarazlıq qurulduqdan sonra hər iki tərəf həyatının bütün aspektlərini yaxşılaşdırmağa doğru gedir, çünki enerji bütün kanallara düzgün istiqamətdə ötürülür, o cümlədən qəlbə kainatın “bankı” ilə birbaşa əlaqə yaratmağa imkan verir.

Qadın kişi arasında enerji mübadiləsi qanunu

Энергетическая связь между мужчиной и женщиной

Gender bərabərliyi qanunu nə qədər geniş yayılmasına baxmayaraq, ezoterik aksiomalar dəyişə bilməz. Qədim zamanlardan etibarən insanlar hesab edirdilər ki, qadın ötürən, kişi isə xanımının xoşbəxtliyi üçün enerjini qəbul edən tərəfdir. İki insan arasında romantik münasibətlər başlayanda, qadın kişiyə enerjinin aşağıdakı formalarını ötürür:

Fiziki: intim yaxınlıq və məişət qayğıları;

Əqli: müdrik məsləhətlər vermək, istənilən yüksəkliklərə çatmaq üçün qərarların qəbul edilməsinə yardım etmək və dəstək vermək.

Bu proses aktivləşən kimi kişi sakit və təmkinli olur. Qadın enerjisi ilə lazimi gücü toplayan və öz potensialını realizə edən kişi partnyorunu ruhlandırmaq üçün ondan aldığı enerjini geri qaytarmalıdır. Bu, hər hansı hədiyyə, fiziki yardım və ya xoş sözlər ola bilər. İzdivacın möhkəm olması və tərəflərin heç birinin özünü əzilmiş hiss etməməsi üçün belə enerji mübadiləsi daimi olmalıdır.

Enerji həmişə dövr edir, odur ki, o “heç bir yerə getmir və ya heç vaxt yox olmur”. İnsanlar bir-birinə simpatiya duyduqları zaman enerjiləri aktiv şəkildə mübadilə edir və bu proses onları qarşılıqlı şəkildə sevindirir. İki şəxsin təbii enerji mübadiləsi kanallarının yaranmasına və enerjinin birindən digərinə ötürülməsinə yol açır. Bu enerji axını özünəməxsus rəngləri və forması (bunu ekstrasens qabiliyyətlərə malik olan kəslər görə bilər) ilə seçilir.

Tərəflər ünsiyyət növündən asılı olaraq bu enerji kanalları və ya digər çakralar vasitəsilə bir-birinə bağlıdır.

энергетическая связь между мужчиной и женщиной

Muladxare (baza çakrası) – qohumluq münasibətləri;

Svadxistane (seksual çakra) – sevgili münasibətləri və ya ailəli cütlüklərin, yaxud dostların “yüngül”şəkildə vaxt keçirməsi;

Manipure (göbək çakrası) – qohumluq əlaqələri, işdə həmkarları arasında və ya rəhbərliklə münasibətlər, dostluq əlaqələri, rəqabət aparmaq məcburiyyətində qaldığımız insanlar;

Anaxate (ürək çakrası) – belə tip münasibət tərəflərin bir-biri ilə qarşılıqlı həssas əlaqəsindən xəbər verir. Onlar sevgi və sayğıyla yanaşdığımız insanlardır.

Vişudxe (Boğaz çakrası) – işdə həmkarlar və məsləkdaşlar arasında münasibətlər;

Ance (Alın çakrası) – bu kanal ilə əlaqə adətən öz kumirlərinin, müxtəlif təşkilatların və cərəyanların liderlərinin yamsılamasından danışır. Təlqinedici kanal yaxşı inkişaf edib, başqalarının fikir və ideyalarından ilham alır. İnsanlar bir-birinə telepatik əlaqə ilə bağlıdır;

Saxasra (tac çakrası) – ünsiyyət sadəcə eqroqor (Eqreqor – yunancadan tərcümədə insanların fikir və təxəyyülləri sayəsində yaradılan müstəqil bir xəyali (dini) varlıq, mələk və s. deməkdir) səviyyəsində baş verir.

Cütlüklər bir-birinə qarşı olan marağı nə qədər çox göstərsələr, onlar arasında daha geniş enerji kanalı formalaşır. Güclü əlaqələrin qurulması ilə bütün enerji mərkəzləri arasında sıx əlaqələr mövcud olur. Üzərində nə vaxtın, nə də məsafələrin heç bir gücə malik olmadığı sevgi münasibətləri məhz belə formalaşır. Məsələn, bir ana uşağı harada olmasından, hətta onların son görüşündən uzun vaxt keçməsinə baxmayaraq, onu hər yerdə hiss edir.

Qadın və kişi arasında sağlam münasibətlər zamanı təmiz, parlaq və döyünən kanalların formalaşması baş verir. O zaman tərəflər bir-birinə etibar edirlər, onlar səmimidir, lakin öz şəxsi azadlığı və özlərinə xas həyat sahəsini qoruyub saxlayırlar. Belə olan halda, heç bir pozuntu olmadan bərabər enerji mübadiləsi haqqında danışmaq olar.

Əgər münasibətlər sağlam deyilsə, tərəflərdən biri digərindən asılı hala gəlir, onda kanallar tutulur və ağırlaşır. Belə münasibətlərdə azadlıq yoxdur, sevgi hissləri zamanla cütlükləri qıcıqlandırır, bir-birinə qarşı qəzəb və hiddət baş qaldırır. Tərəflərdən biri bütün nəzarəti öz əlinə almaq istədiyi zaman auranın hər yöndən zəhərlənməsi müşahidə olunur.

Münasibətlər bitən zaman da eyni hal nəzərə çarpır, kanallar getdikcə daha da zəifləyir. Uzun müddət sonra kanallarda enerji axını dayanır və insanlar yadlaşır, sanki onlar arasında heç nə baş verməyib, onları bir-birinə bağlayan heç nə olmayıb.

Ayrılıqdan sonra energetik kanallar qorunub saxlanıbsa, enerji insanları bir-birinə cəzb etməyə davam edir. Keçmiş sevgililərdən biri bütün enerji mübadiləsini kəsə bilər. Lakin digər tərəf onun enerji müdafiə qatından keçərək münasibəti yenidən qurmağa davam edir.

Cinsi münasibət zamanı insanlar arasında yaranan enerji əlaqəsi

сексуаÐ

Əgər insanlar arasında yaxın münasibətlər baş veribsə, enerji kanalları ayrılıqdan sonra uzun müddət yox olmur. Xüsusilə intim yaxınlıq baş veribsə. Başqa bir insanla intim əlaqəyə daxil olarkən seksual çakrada yeni bir kanal meydana gəlir. Bu cür kanallar fəaliyyətlərini çox uzun müddət qoruyub saxlayırlar. Bu kanallar uzun illər, bəzən isə ömrümüzün sonuna qədər aktiv qala bilir.

Bu zaman cinsi münasibətdə olduğunuz insanı yetəri qədər tanıdığınız, onunla harada və ya necə tanış olduğunuzun heç bir əhəmiyyəti yoxdur, energetik kanal hər bir halda seksual çakrada formalaşır və öz fəallığını saxlayır. Əgər bir kanal varsa, enerji axını onun içində dolaşmağa davam edir. Bu enerjinin pozitiv və ya neqativ olduğunu hər iki tərəfi yaxşı tanımaqla müəyyən etmək olar.

Qadın və kişi arasında enerji kanalı barədə ən maraqlı faktlardan biri də odur ki, birlikdə yaşayan insanlar xarakterik olaraq enerji kanallarını bir-birinə görə nizamlayır. Harmonik intim əlaqələr üçün təbii enerji sahəsinin sinxroniziyası lazımdır. Məhz bu səbəbdən də cütlüklər uzun müddət birlikdə yaşadıqları zaman bir-birinə oxşamağa (hətta fiziki cəhətdən) başlayırlar.

Bir insan hər hansı şəxslə təmasa girmək istəmədikdə, bədəninin enerji konturunu bağlayır, nəticədə bütün ətrafımızdakılardan gələn enerji seli üzərimizdə əks olunur. Bu zaman başqa insanlara elə gəlir ki, onları heç kim eşitmir.

Yuxarıda qeyd edildiyi kimi, sevgililər arasında qarşılıqlı duyğuların olması nəticəsində tək bir energetik kanal yaranır. Əgər tərəfdaşlığın şərtləri yerinə yetirilsə, enerji mübadiləsi gələcəkdə də davam edir. Ər-arvad bir-birini dəstəkləməklə izdivacı enerji ilə doldurarsa, onların münasibətləri daha da möhkəm olacaq.

Энергетическая связь между мужчиной и женщиной

Mühüm bir qeyd: tərəflərin hər biri öz təbiətinə əsasən hərəkət etməlidirlər: kişi kişi kimi, qadın isə qadın kimi. Məsələn, qadın özündə kişi enerjisini inkişaf etdirsə, getdikcə “kişiyə” çevrilir. Təkbaşına yaşasa belə bu, onun rifahına təsir göstərməyəcək.

Ümumiyyətlə, kişi maddi rifahdan məsuldur, qadın isə münasibətlərin ümumi vəziyyətinə görə məsuliyyət daşıyır. Odur ki, kişi maddi çakra vasitəsilə enerji verir, qadınsa bunu qəbul edir və o, öz növbəsində qarşı tərəfə ürək çakra vasitəsilə enerji ötürür.

Yekun olaraq qeyd edək ki, qadın və kişi münasibətləri arasında enerji kanalları təbiətən belə yaradılıb və ona qarşı çıxmaq bütövlükdə cütlüklərin münasibətlərinə mənfi istiqamətdə təsir edəcək.




1 şərh “Qadın və kişi arasında bilmədiyiniz ENERJİ QANUNU

  1. Ələkbər həkim nevropatoloq

    NİKAHIN FƏLSƏFƏSİ

    Qəribə səslənməsinə baxmayaraq qeyd etməliyik ki, nikah xalis insan təfəkkürünün kəşfidir və kifayət qədər çox olan sfer əlamətləri var ki, bununla insanı başqa canlı varlıqlardan fərqləndirir. Ən məhvedici illyuziya təsəvvürü ondan ibarətdir ki, bu iki insan qütbü kişi və qadın arasında istənilən nikah ancaq bir və yeganə olan fəlsəfi qanunlara tabe olmalıdır. Görəsən, bu yalnış fikir haradan götürülüb. Yəqin ki, insanlar onun əj dadları arasında qoyulan sadə fərqdən.
    Biz əmin olduq ki, insan cəmiyyətində ən azı dörd əsas nikah tipi var ki, bunlar köklü olaraq biri digərindən fərqlənir və hər biri ayrı-ayrılıqda xüsusi həyat taktikasını və strategiyasını tələb edir.
    Hər bir dörd tip nikahın öz məqsədi və təyinatı var. Müəyyən bir hərəkət və ya əlamət bir nikahda böyük xeyir verdiyi halda, digərində zərərli ola bilər. Buna görə də ən vacib olanı aydınlaşdırmaq lazımdır ki, bütün ni kahlara şamil edilən heç bir resept və ya qanun yoxdur. Dəqiq desək, qabaqcadan bilinən uğurlu və uğursuz nikah yoxdur.
    Düzgün münasibət bəslənilən istənilən nikahı qorumaq olar. Əgər düzgün münasibət ortaya qoyulmursa, onda onun məhvi labüddür. Əlbəttə, nikahın problemlərinin həlli ancaq təlimatları düzgün yerinə yetirməklə bitmir. Bu heç mümkün də deyil. Doğrudur insan sosial həyata qədəm qoymaqla artıq müəyyən bir nikah stereotipi daşıyır. Hər hansı nikah tipinə aid olmasından asılı olmayaraq insan çalışacaq ki, öz seçdiyi ideal nikahı həyata keçirsin.

    Çox vaxt bu milli və mədəni ən-ənənələrlə bağlıdır, onlardan asılıdır. Əgər milli stereotip ailədə kişinini rəh- bərliyini mümkün hesab edirsə çətin ki, bərabər mənəvi nikahda uğur qazanılsın. Əgər seksual münasibətlər ideyası üstünlük təşkil edirsə, çətin ki, yuva nikahı həyata keçirilsin.
    Nikahda ilkin qaydaların formalaşması üçün vali- deynlərin nikahı böyük əhəmiyyət kəsb edir. Çox vaxt uşaqlar şüurlu surətdə çalışırlar ki, valideynlərinin nikah- larını təkrar etsinlər, ya da diametrial əks olan nikah ya- ratsınlar.
    Hər halda dərk etmək lazımdır ki, nikah TAM OLARAQ İDARƏ OLUNANDIR. Sevgidən, mistik hissdən fərqli olaraq o, ağıla, dərrakəyə əsaslanır və nikahda olan ər-arvadın münasibətlərini düzəltmək müm- kündür. Çox vaxt birgə həyat özü müəllim olur. Nikahda olanlar çalışırlar ki, nikah ittifaqını saxlasınlar, müxtəlif cür variantları sınaqdan çıxarırlar və çox zaman xilasedici çıxış yolu tapırlar.
    ANCAQ KOR-KORANƏ HƏRƏKƏT, HƏDDƏN ARTIQ ÇƏTİN VƏ ETİBARSIZ MƏŞĞULİYYƏTDİR. HƏYAT QISADIR VƏ GÜC TÜKƏNMƏZ DE- YİLDİR.ONUN DA SONU, TÜKƏNMƏYİ VARDIR.
    Müasir dövrdə bağlanılan nikahların böhranı buna sübutdur.
    İnsan artıq nə dinə, nə qanuna güvənir, əvvəlki illərdə olduğu kimi özü ailə səadəti yaratmaq üçün müxtəlif yollar axtarır.
    Normal nikah olmayan yerdə həyatın özü mümkün deyil. (Uşaqların tərbiyəsi, psixologiyası, işgüzarlıq, hə-

    yata səmimiyyət və bütün insani keyfiyyətlər) Əgər siz hələ ailə qurmayıbsımzsa və ya artıq bağlanmış ittifaqa düzəlişlər edirsinizsə o zaman bir şeyi anlamaq, dərk et- mək lazımdır: sizin nikah stereotiplərin necəliyindən asılı olmayaraq dörd tip nikahdan sizə aid olanın və diktə edilənin qanunlarını həyata keçirməklə uğur qazana bilərsiniz, əks halda ailə dağılacaq.
    Bizim tərəfdən toplanmış materiallara əsaslanaraq onu demək olar ki,
    I.CAVAN YAŞLARDA ƏN OPTİ- MAL NİKAH – YUVA NİKAHIDIR. Bu nikah “”fövqal cəlbedici “” və münasibətlərin həddən artıq asanlıqla yaranması və tez bir zamanda harmoniyanın əldə edilməsi ilə xarakterikdir.
    Bütün canlı varlıqlara xas olan öz nəslini
    Davam etdirmə qanunu bu nikah tipində həyata keçirilir. Məsələn: Lev Tolstoy və Sofiya Andreyevna, Şalyapin və Tomagi, Meyer Xold Zinayida Rayxla, Vısotski və Marina Vladiya arasında olan nikah. Onların nikahlarında uşaqların tərbiyə olunması birinci dərəcəli rol oynayırdı. Əlbəttə burada iş ancaq uşaqlarla bitmir, belə nikahlarda SÜLHÜN, SAKİTLİYİN, ƏMİN- AMANLIĞIN olması çox vacibdir. Uşaqlar valideynlərin həddən artıq dərin ünsiyyətə daxil olmalarına imkan vermirlər, valideynləri isə yalnız onların vasitəsilə onlara qayğı göstərməklə öz münasibətlərini qururlar.
    Bu tip nikahda onsuzda yaxşı olan münasibətləri yaxşılaşdırmağa göstərilən cəhdlərin qarşısının alınması çox vacibdir. Münasibətləri dərinləşdirmək, ümumi işlə məşğul olmaq cəhdi birgə yaşayışın harmoniyasını məhv edə bilər. Bu səbəbdən də Tolstoyun nikahında çətinlik yarandı. Şalyapin İola Tomagi ilə boşandı.
    II.ROMANTİK, görüntü və ya illyuziyalar üzərində yaranan , “ DƏRİN OLMAYAN “ ni-
    kahda uşaqların olmağı maneə deyildir. Cəmiyyətdə zərif və SÖNMƏZ HİSSLƏR ÜZƏRİNDƏ QURULMUŞ belə

    nikahlar çox geniş yayılıb. Romantik nikah insanı qanadlandırır ruhlandırır, qəhrəmanlığa çağırır, zirvəyə qaldırır. Belə həyatı arzu edənlərə misal olaraq: MAS- TER VƏ MARQARİTA BULQAKOVALARIN, BU- XARİNLƏ LARİNİN, SAXAROVLA BONNERİN ni-
    kahlarını göstərmək olar. Lakin, zərif hisslərin bu tip nikahda saxlanılması üçün müəyyən şərtlər tələb olunur. Bu nikah görüntü və ya illyuziyalarla yaranır. Bunları isə məhv etmək olmaz. Məişət çatışmazlıqları üzərində toqquşma bu tip nikah üçün məhvedicidir. Əgər məişət problemi yuva nikahında müzakirə obyektidirsə onda burada onun müzakirəsi ancaq maneə ola bilər.
    III.NƏHAYƏT, ÜÇÜNCÜ İDEAL NİKAH.
    Yalnız kamilləşmiş
    insanların əməkdaşlığının nikahı, ideal bərabər nikah- larda REALİZƏ EDİLİR. Adətən, əgər iki nikah tipi tez alovlanmağa başlayırsa, onda bu nikahın çiçəklənməsi üçün müəyyən zaman və iş görülməsi-“əsas şərtidir”!. Bu tip nikah formalaşmış öz əməyi fəaliyyətində üstünlük əldə etmiş insanların nikahıdır.
    Şalyapin yuva nikahını tərk edərək məhz Mariya Petsoldla bərabər nikaha daxil olur. Dostayevski Sinit- kinlə bərabər nikaha tezliklə yox, artıq kamilləşmiş usta olarkən həm də ona qadın əməkdaş lazım olarkən gəl- mişdir. inqilabi mübarizədə Lenin və Krupskaya əməkdaş olmuşlar. Uşaqların olmaması belə nikahda çatışmazlıq deyildir. Əsas odur ki, ümumi iş olsun.
    Turgenyev Polina Viardo ilə. Əlbəttə ki, kinoma- toqraflar Şuqşin, Dovjenko, Rosselini ilə Berqman, Klimova ilə Şepitkonun nikahlarını misal gətirmək olar. Belə nikahlarda münasibət bərabər getməli və o birgə fəaliyyətdə sərf olunmalıdır.

    Və sonuncu
    IV.dördüncü nikah tipi mənəvi nikahdır. 0, yuxarıda sadalananlardan fərqli olaraq bütün üç tip nikahın idealını və quruluşunu toplayır. Ona görə də insan qarşısında yüksək tələblər qoyur. Belə nikahın bütün rənglərinin oyanması üçün nəinki vaxt həm də “Fasiləsiz və çox zəhmət tələb edən iş lazımdır.”!
    Gənclik illərində bu nikah əksəriyyət üçün mümkün deyil. Hətta, titan mənəviyyatı BLOK VƏ SVETAYEVA həddən çətinliklə mənəvi nikahda harmoniya əldə edə bildilər. Baxmayaraq ki, bu nikah növü gənclik illərində az arzu olunandırsa, yetkin və ahıl yaşda isə kiməsə hədiyyədir. Nə vaxt ki, insanın maksimal mənəviyyata ehtiyacı var, onda o uşaqların tərbiyəsinə, məişətin qurulmasına, əməyə, qayğıya çox ehtiyac olmamalıdır. Nikahların müxtəlif olmasının dərk olunması ÇOX ARVADLILIĞA ÇAĞIRIŞ DEYİLDİR. Sadəcə olaraq
    hər bir insan anlamalıdır ki, o, seçim qarşısında olaraq onun üçün: uşaqların, məhəbbət ehtirasının, işin, məişətin, yaxınlığın dəyərli olduğunu müəyyən etməlidir. Demək olar ki, əksər nikah bağlayanların əsas səhvi ondadır ki,
    onlar nikahdan tez bir-qısa zaman ərzində 1.həm təmtə- raqlı məişət, 2.həm qaynar məhəbbət, 3.həm uşaqlar dogulması
    , 4.həm də mənəvi yaxınlığı istəyirlər. BAŞA DÜŞMƏK LAZIM- DIR Kİ, BU TAM ÖLÇÜDƏ MÜMKÜN DEYİL, OLDUQCA ÇƏTİNDİR. LAKİN, VACİBDİR. MƏHZ BU NİKAH FƏLSƏFƏSİNİN ƏSAS İDEYASINI TƏŞKİL EDİR.

    NƏTİCƏ
    Nikah bağlayanların yaş amilini nəzərə almaqla məsləhət görülür. Ən ümumi təmiz təyinat-

    Romantik nikah, gənclik nikahıdır, ona daxil olmaq üçün optimal yaş dövrü – 30 yaşa qədərdir.
    «Yuva» və ya patriarxal nikah həyatı ən çox təsərrüfat,mənzil qurmaq və uşaqlarla bağlıdır. İnsanlar bu tip nikahı 30 yaşdan 40 yaşa qədər dövrdə daha asan qədəm qoyurlar.
    Əgər sizin yaş həddi 40-dan yuxarıdırsa və siz özünüzü əməli işə həsr edibsiııizsə, bu zaman optimal xoşbəxtliyi bərabər əməkdaşların nikahında axtarmaq lazımdır.
    Əgər siz yetkin yaşda nikah bağlayırsınızsa, bu zaman nailiyyət şansı ən çox ruhi nikahda alınır. Birinci təyinat ümumi xarakter daşıyır. Hər bir ulduz falı – ümumilikdə cəmələnmiş – sosioloji, psixoloji, ideoloji keyfiyyətlərin müəyyən ölçüdə vəhdədini təşkil edir. Göstərdiyimiz keyfiyyətlərin hər biri ayrılıqda – tək şəkildə işləmir. Buna görə də göstərdiyimiz dörd nikah tipindən müəyyən birini yaradarkən, qurarkən, insan öz əməllərinə düzəlişlər götür-qoy edə bilər ki, bunlar nikahın sxeminə uyğun olsunlar.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir