Qadın və kişinin ürəyi fərqli şəkildə qocalır

Baxış sayı: 1. 374
Amerikadakı Cons Hopkins Universitetinin apardığı araşdırma nəticəsində məlum olub ki, qadınların və kişilərin ürəyi fərqli şəkildə yaşlanır. 3 min nəfərin iştirak etdiyi araşdırma nəticəsində məlum olub ki, onların ürəkləri zaman keçdikcə fərqli dəyişikliklərə məruz qalır.
54-lə 94 yaş arası təcrübəçilər araşdırmadan əvvəl heç bir narahatlıqları olmadığını deyiblər. Tədqiqatlar 2002-2012-ci illər arasında davam edib. Kişilərin ürəyini müayinə edən həkimlər onların ürəyinin sol divarının zaman keçdikcə büzüşdüyünü, qadınlarda isə bu problemin daha yüngül olduğunu deyiblər. Lakin infarkt əleyhinə istifadə edilən dərmanlar kişilərdən daha çox qadınlara yaxşı təsir edir. Buna görə də mütəxəssislər qadınlara və kişilərə ayrı-ayrı müalicə yazılmasının önəmli olduğunu deyiblər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir