seks

Qadını sevişməyə hazırlayan 5 erogen bölgə

Baxış sayı: 218

Bir qadın öz bədənini nə qədər yaxşı tanıyarsa, seksdən də o qədər zövq alar. Qadınlara erogen bölgələrinin (sevişmə impulsunu artıran, həzz verən bölgələr) hansılar olduğunu demək bir az qəribə gələ bilər. Əgər kişi qadınla düzgün davranmırsa, demək o qadın erogen bölgələrini kəşf edə bilməz. Erogen bölgələri öyrənməklə partnerinizə sizinlə necə davransa sevişməyə hazır vəziyyətə gələcəyinizi və sizə daha çox zövq yaşadacağını bildirin.

 

Dodaqlar

Dişlər və dil öpüşməyin ən vacib vasitələrindən biridir, ancaq qadınlar daha çox zərif dodaq təmasından həzz alırlar. İncə dodaq toxunuşları ilə başlayan və uzun davam edən öpüşmə qadını seksə hazır vəziyyətə gətirir. Lakin bir kişinin edəcəyi ən böyük xəta isə öpüşərkən qadının dodaqlarını dişləməsi və dilini ağzının içinə soxmasıdır.

Klitorun üst hissəsi

Bəzən kişilər klitora toxunaraq qadında intim duyğu yaratmağa çalışırlar. Lakin partnerinizə səbrli, yavaş olmasını və incə davranmasını deyin. Çünki qadın bədəni kişi bədənindən fərqlidir və demədikcə kişilər hərəkətləri ilə qadınlara nə hiss etdirdiklərini bilməzlər. Bəlkə qadınların bir çoxu bilmir, amma klitorun üst hissəsi qadını ən tez sevişməyə hazırlayan bölgələrdən biridi. Partnerinizdən bəzən klitordan çox bu hissəyə zərif toxunmalarını istəyə bilərsiniz.

Boyun və qulaqlar

Partneriniz dodaqlarını bu bölgələrdə ürəyi istəyən tərzdə gəzdirməlidir. Nəfəsinin yaxınlaşması belə həyəcanınızı artırmağa bəs edəcək. Bu bölgəyə edilə biləcək kəskin hərəkət isə qıdıqlamaqdır. Kişi qadının bu bölgələrini qıdıqlayarsa, sevişmə istəyini dərhal öldürər.

Budun iç tərəfi və dizin arxası

Boyun və qulaqlar üçün keçərli olan incə toxunuşlar bu bölgələr üçün də keçərlidir. Bu bölgələrə edilən zərif öpüşlər siz hazır vəziyyətə gəldikcə daha da həssaslaşmağa başlayır.

 

Çanaq (qadının arxası)

Bir qadının ən həssas bölgələrində biri də arxasıdır. Arxa hissə, edilən zərif toxunuşlarla intim duyğunu oyandırdıqdan sonra bir az sərtlikdən xoşlanır. Sevişərkən sərtliklə, partnerin gücünü üzərində hiss etməkdən zövq almaqla ağrı hiss etmək arasında böyük fərq var. Acı və ya ağrı hiss etdikdə sevişə bilmərsiniz. Ona görə də hansı toxunuşdan sonra partnerinizin sərtlikdə nəyi necə etməyəcəyini ona deməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir