kisi qadin

Qadınla kişinin maaşları 118 ildən sonra bərabərləşəcək

Baxış sayı: 1. 304

Kişilərlə qadınların maaşları arasında fərq tədricən azalır, lakin bu proses çox ləng gedir. Fərqin aradan qaldırılması 118 ildən sonra mümkün olacaq.

Bu barədə RBK Dünya İqtisadi Forumunun (WEF) ekspertlərinin hazırladığı “Gender Gap Index” (GGI) hesabatına istinadən xəbər yayıb.

Hesabata əsasən, hazırda işləyən qadınların dünya üzrə orta maaşı ildə 11 min dollar təşkil edir. Kişilər üzrə isə bu rəqəm 21 min dollardır.

GGI hesabatına görə, 10 il ərzində qadınlarla kişilərin iqtisadi vəziyyəti arasındakı fərq 3% azalıb və bu templə dünya üzrə bu fərqi 2133-cü ildən tez aradan qaldırmaq mümkün olmayacaq.

Qeyd edək ki, bəzi ölkələr artıq bu işin öhdəsindən gəliblər. Məsələn, Norveç və İsveçdə kişilər və qadınlar eyni işə görə eyni məbləğdə əmək haqqı (ildə orta hesabla 40 min dollar) alırlar.

Ən pis vəziyyət Yəməndədir. Bu ərəb ölkəsində, məsələn, kişinin qazandığı bir dollar müqabilində qadına 27 sent verilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir