xeyanet

Qadınlar 4 ildən sonra xəyanət edir – ARAŞDIRMA

Baxış sayı: 1. 515

Qadınlar kişilərin onlara olan sevgisini müxtəlif testlər vasitəsi ilə yoxlamağı sevirlər. Evlilikdən sonra onun məni ilk günkü kimi sevməsi üçün nə etməliyəm? Ümumiyyətlə, kişi bir qadını nə qədər sevə bilər və s. Bu kimi sualların cavabı qadınları çox maraqlandırır və onlar kişilər haqqında yazılan müxtəlif məqalələrdə, aparılan araşdırmalarda suallarına cavab tapmağa çalışırlar. Biz isə bu dəfə kişi oxucularımızı düşünərək qadınlar haqqında bu yöndə aparılan bir araşdırmanın nəticələrini bölüşmək istəyirik.

“Sunday Times” qadınların həyat yoldaşlarına qarşı olan sevgisinin nə qədər davam etməsi ilə maraqlanıb. Qəzetdə araşdırma yazısı ilə çıxış edən amerikalı antropoloq Prof. Dr. Helen Fişer on beş il ərzində 62 ölkədə təcrübə aparıb.

Adı çəkilən qəzetdə nəşr edilən məqaləyə əsasən, qadınların qarşı cinsə olan sevgisi dörd il davam edir. Çünki qadının aşiq olmasını təmin edən kimyəvi maddələr münasibətin dördüncü ilinə keçid zamanı tükənməyə başlayır. Dördüncü ilin sonunda isə qadın yeni bir sevgi tapmaq ümidi ilə ətrafını nəzərdən keçirir.

Araşdırmanın nəticəsi onu sübut edir ki, bir qadın sizinlə olan münasibətini dörd ildən artıq davam etdirirsə, deməli, əslində yeni bir sevgili tapana qədər sizi ehtiyatda saxlamaq istəyir. Əgər sevdiyiniz insanla münasibətinizi uzun müddət davam etdirmək istəyirsinizsə, standartlardan, adi həyat tərzindən maksimum dərəcədə uzaq olun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir