Seks

Qadınlar cinsi istəyi daha tez itirir – ARAŞDIRMA

Baxış sayı: 409
 Kişilərə nisbətən qadınlar uzun müddətli münasibətlər zamanı cinsi istəyi daha tez itirirlər.

Alimlər bunu İngiltərədə aparılan bir araşdırmanın nəticələrini açıqlayarkən bildirib. Tədqiqata görə, həm kişilər, həm də qadınlarda yaş artdıqca cinsi istək azalır. Sağlamlıq problemləri və duyğusal yaxınlıq qura bilməmək hər iki cinsdə seks istəyini ciddi şəkildə zəiflədir.

Bu araşdırmada 16-74 yaş aralığında 5 min kişi və 6 min 700 nəfər qadın qadın iştirak edib.Həmin şəxslərdən kişilərin 15%-i, qadınların isə 34%-i son bir ildə 3ay və daha uzun müddətliyinə seks istəyini itirdiyini deyib.

Alimlər isə cinsəl istəyin itirlməsinin anormal hal olmadığını,lakin bunun bir çox səbəbi olduğunu bildirib. Bəzi şəxslər üçün bu normal hal kimi qarşılanır. Lakin bir sıra insanlar üçün bu ağrılı və bədbəxt5 həyata yol açır.

Tədqiqatların nəticəsində cinsi istəyin itirilməsi kişilərdə 35-44 yaş aralığı, qadınlarda isə 55-66 yaş aralığında müəyyən edilib. Qadınlarda bunun menopauza ilə əlaqəli olmadığı da bildirilib.Lakin evdə azyaşlı uşağın olması bu hissə təsir edir.

Fiziki və zehni sağlıq problemləri, seks zamanı söhbət və duyğusal mənada bağ olmaması da bu cinsi istək hissini azaldan səbəblərdəndir.

 

Danışmaq seks istəyini artırır

İngiltərədə cinsi davranışlar üzrə aparılan bir sorğuda partnyorları ilə cinsi mövzularda rahatlıqla danışa bilən şəxslərin cinsi istəklərini itirmə riskləri daha azdır.

CXinsi sağlıq problemləri uzmanı Graham bildirib ki, bu problemi həll etmək üçün anti depressiv dərmanlar qəbul etmək sizə heç bir kömək etməyə bilər. Onun fikrinə görə, seks çox şəxsi bir məsələdir və bunun haqqında danışmaq utanc hissi verə bilər. Lakin danışmaq adətən cinsi həyatınızı yaxşılaşdırmaq üçün ən yaxşı çarə ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir