kishi qadin

Qadınlar, diqqət: kişilərə heç vaxt bu sözləri deməyin!

Baxış sayı: 1. 754

Bəzi sözlər münasibətinizi anında korlaya bilər. Ömürlük bir yerdə ola bilərsiniz, ancaq bilmədən kişiyə deyəcəyiniz hansısa söz münasibətinizin bitməsinə səbəb olur. Qadınlar daha həssas, kişilər isə daha güclü görünə bilər, ancaq kişilərin qəlbi asanlıqla qırılır, tez inciyirlər. Bəzi kişilər uşaq kimi olduğundan onlarla münasibət qurmaq çox çətin olur. Bu cür kişiylə birlikdəsinizsə, bu məsləhətlərə diqqət edin.

Sən “ana uşağı”san!

Əgər onu sevir və ömrünüzü onunla paylaşmaq istəyirsinizsə, heç vaxt belə söz işlətməyin. Onu dəyişməyə də çalışmayın. Əgər 20 yaşında “ana uşağı”dırsa, 40 yaşında da elə olacaq.

Keçmiş sevgilin haqqında mənə danış. 

Keçmiş barəsində eşitmək bizə elə də xoş təsir etmir, ancaq biz qadınlar keçmişlə bağlı hər detalı öyrənməyə maraqlıyıq.  Keçmiş sevgili haqqında danışmayın, xüsusən də intim mövzulardan. Əgər keçmişdə sevgilisi olubsa, onunla yatıb-yatmadığını soruşmayın. Bu sualla onun qəlbini heç vaxt qazana bilməzsiniz, onun keçmişi ilə bağlı bir şey öyrənərək münasibəti davam etdirmək çətindir.

Bax,  o qız necə möhtəşəm görünür!

Bu cümlə bir çox münasibəti korlayır. Bu suala kişinin “hə” deməsi sizin qısqanclığınıza səbəb olur. Anında “o məndən gözəldir?”, “onunla görüşmək istəyərsən?” kimi suallar yağdırmağa başlayacaqsınız. “Hə” desə , münasibət bitəcək, “ yox” desə, doğrunu sizdən gizlətdiyini düşünəcəksiniz.

Əylənə bilmirsən!

Əgər sevgiliniz qapalı, sakit biridirsə, onu belə də qəbul edin. Sən əyləncəni sevirsən,  o isə fərqlidir. Ancaq bu, onun əylənə bilmədiyi anlamına gəlmir. “Sən darıxdırıcı və utancaqsan” deməzdən əvvəl iki dəfə düşünün. Bunu desəniz, heç vaxt sizi görmək istəməz. Bundan başqa bu insanlar çox yaxşı həyat yoldaşı olur.

Mən gözələm?

Özünüzə güvəni artırmaq istəyirsinizsə, bunu sevdiyinizin öhdəsinə buraxın. Əgər o da sizi çox sevirsə, heç bu sualı soruşmağınıza ehtiyac qalmayacaq. Hər zaman gözəl olduğunuzu xatırladacaq. Əgər sevdiyiniz sizə kompliment etmirsə, bu, sizin gözəl olmadığınız anlamına gəlmir, sadəcə sizi yetərincə sevmir.

Sənin zövqün çox pisdir

Əgər onun geyim tərzini bəyənmirsinizsə, bunu ona bildirməyin. Ondansa onunla alış-verişə gedin.

lent.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir