kokelmek

Qadınlar evləndikdən sonra niyə kökəlir? – ARAŞDIRMA

Baxış sayı: 1. 849
İngiltərədə aparılan bir araşdırma nəticəsində, qadının çəki almasının və ya itirməsinin partnyoru ilə əlaqəsinə bağlı olduğu məlum olub.
 
“Gencaile.az”-ın məlumatına görə, araşdırma zamanı sorğuda iştirak edən 3 min qadından təqribən 70 % -i xoşbəxtliklərindəki ən böyük faktorun əlaqələri olduğu cavabını verib. Bu qadınlardan geriyə qalanlar isə kilo aldıqları təqdirdə əlaqələrini bitirəcəklərini söyləyib.
 
“Slendex” adlı firma tərəfindən aparılan bu araşdırmanın nəticələrinə görə, bir qadının çəkisində əlaqədə olduğu müddət ərzində 5 mərhələdə dəyişiklik olur. Əlaqəsinin başında olan bir qadın ilk mərhələdə qarşı cinsə özünü bəyəndirmək üçün saxladığı pəhriz nəticəsində 2,5 kq çəki itirə bilir.
 
Qadın münasibətində rahatlamağa başladığı zaman çəki almağa başlayar və bu rəqəm 4,5 kq-a çatar. Üçüncü mərhələdə isə evliliyi düşünməyə başlayan qadın evlilik günü üçün ortalama 3,5 kq çəki itirə bilir.
 
Qadının bir körpəsinin olacağı isə 6 kq çəki alması deməkdir. Son mərhələdə uşaqları böyüyən və görünüşünə daha çox vaxt ayırmağa başlayan qadın yenilənmə yoluna gedir və ortalama 5 kq çəki ata bilir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir