Qadınlar ginekoloqa niyə müraciət etməlidir?

Baxış sayı: 1. 548
Hər bir qadın öz cinsi sağlamlığına qarşı çox diqqətli olmalıdır. İstənilən dəyişiklik ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən qadın özündə aşağıdaki simptomları müşahidə etdikdə mütləq ginekoloqa müraciət etməli və lazım olan müayinələrdən keçməlidir. Bu simptomlar arasında:

– Qadın cinsiyyət yolllarından istənilən qeyri-normal ifrazatlar. Kəsmiyə bənzər, yaşıl, qəhvəyi, qanlı, irinli, pis qoxulu, yandıran, qadın cinsiyyət yollarına yeyici təsir edən, qaşınmaya səbəb olan ifrazatlar hər hansı infeksiyanın əlaməti ola bilər. Dərhal ginekoloqa müraciət edin. Belə infeksiyalar vaxtında müalicə olunmazsa, çox ağır fəsadların (iltihablar, sonsuzluq) inkişafına səbəb ola bilər.
Əgər qadında qanlı ifrazatlar cinsi əlaqədən sonra müşahidə olunursa, bu uşaqlıq boynu eroziyanın və hətta onkoloji xəstəliyin əlaməti ola bilər.

– Ağrılar. Ümumillikdə ağrının köməyi ilə orqanizm bizə hər hansı pozulma haqqında siqnal verir. Qarının aşağı hissəsində ağrılar, cinsi əlaqə zamanı ağrılar, menstruasiya zamanı güclü ağrılar cinsiyyət sistemində olan xəstəliklərin və pozulmaların əlaməti ola bilər.
Belə ağrılar mioma, endometrioz, kolpit (uşaqlıq iltihabı), onkoloji xəstəliklər zamanı mümkündür.
Əgər ağrı qəfildən əmələ gəlib və çox kəskin xarakter daşıyırsa, bu yumurtalığın yırtılmasının (apopleksiya) əlaməti ola bilər.

– Qanaxmalar. Menstruasiyadan kənar qadın cinsiyyət yollarından qanlı ifrazatların olması ciddi xəstəliklərin simptomu ola bilər. Belə qanaxmalar miomanın, endometriozun, hətta onkoloji xəstəliklərin əlaməti ola bilər.
Menopauza dövründə olan (menstruasiyalar tam kəsiləndə) qadının cinsiyyət yollarından qanlı ifrazatların olması bir çox hallarda onkoloji xəstəliyə işarə edir.

– Menstrual funksiyasının pozulması (menstruasiyalar öz vaxtında başlamır – daha tez və ya daha gec başlayır, menstruasiyanın müddəti qısalıb və ya əksinə uzanıb, bir neçə ay ərzində menstruasiya baş vermir və s.) da narahatçılıq üçün səbəb yaradır. Cavan qadınlarda bu hormonal pozulmanın, erkən klimaksın, yumurtalıqların tükənməsi sindromunun simptomu ola bilər.

– Cinsiyyət yollarında səpgilər herpesin, dəri-zöhrəvi xəstəliklərinin, infeksiyaların əlaməti ola bilər.

– Sidik ifrazı zamanı ağrılar da qadın cinsiyyət sistemi xəstəliklərin, infeksiyaların əlaməti ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir