qadin-kisi

Qadınlar hansı sahələrdə kişilərdən üstündür?

Baxış sayı: 1. 236

Araşdırmalar göstərir ki, qadınlar 10 sahədə kişilərdən daha üstündür. Həmin 10 sektor aşağıdakılardır:

Forbes” öz cəhdləri ilə ən çox sərvətə qovuşan qadınların siyahısını tərtib edib | Bizplus.az

1) İnvestisiya

Araşdırmalara görə, qadınların investisiyaları kişilərinkinə nisbətdə 18 faiz daha yaxşıdır. Bu qadınların investisiya qoyanda gələcəyi daha çox düşünməklərindən irəli gəlir.

masin

2) Nəqliyyat

Qadınlar maşınları daha ehtiyatlı sürməyi hər kəsə bəllidir. Kişilərin qəzada ölüm riski qadınlara nisbətən 77 faiz çoxdur.

qadinlar

 

3) Rahatlıq

2000 insan arasında aparılan araşdırma qadınların problemlərini kişilərə nəzərən daha çox büruzə verdiyini göstərib. Qadınların 53 faizi, kişilərinsə sadəcə 29 faizi dostları ilə problemlərini bölüşür. Buna görə də qadınlar problemlərini daha rahat həll edirlər.

Three businesswomen shaking hands in a modern office - Westfair Communications

4) Karyera

Statistikaya görə, Amerikada 2007-ci ildən bəri işini itirənlərin 80 faizi kişilərdir. Səbəb isə kişilərin işlədiyi sektorların daha çox böhrana uğramasıdır. Qadınlar  düzgün sektor seçib işsiz qalmırlar.

Company meeting with man texting

5)İdarəetmə. Bu bir az mübahisəli olsa da, mütəxəssislər daha yaxşı dinlədikləri, düşündükləri və problemləri həll etdikləri üçün qadınların daha yaxşı rəhbər olduğunu bildirirlər.

qadin

6) Gözəllik

Araşdırmalar göstərir ki, qadınlar getdikcə daha da gözəlləşdiyi halda kişilər dəyişməz qalır. 2000 insanı 40 il müddətində izləyən tədqiqatçılar cazibədar qadınların gözəl uşaqlar dünyaya gətirdiyini müəyyənləşdiriblər. Bundan başqa gözəl qadınların ilk uşaqları da çox vaxt qız olurmuş. Həmin qızlar da əvvəlki nəsillərə görə daha gözəldirlər.

ders

7) Təhsil 

Statistikaya görə, qadınlar təhsil sektorunda kişilərdən daha uğurludurlar. Ancaq burada qeyd etmək lazımdır ki, kişilər iş həyatına qadınlardan daha tez, məktəb yaxud universitet dövründə başlayırlar.

Ev şəraitində edə biləcəyiniz xırda müalicələr və sağlam qidalanma

8) Qidalanma

Minsout Universitetinin 14 min insan üzərində keçirdiyi araşdırmaya görə, qadınlar kişilərə görə daha sağlam qidalanırlar. Kişilər dondurulmuş kotlet, qızardılmış ət yediyi halda qadınlar tərəvəzlərə, meyvələrə üstünlük verirlər.

evde idman

9) Sağlamlıq

Qadınların immun sistemi kişilərdən daha güclüdür və daha az xəstələnirlər. Estrogen qadınların gizli silahıdır. Bu hormon infeksiyalarla mübarizədə qadınlara əlavə güc verir.

qocalmaq

10) Yaş

Dünyada 100 yaşdan yuxarı insanların 85 faizi qadındır. Qadınlar kişilərə nisbətən 5-10 il daha çox yaşayırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir