aile munaqisesi

Qadınlar niyə qətlə yetirilir? – 19 GÜNƏ 9 QƏTL

Baxış sayı: 597

Azərbaycanda 19 gün ərzində 9 qadın qətlə yetirilib. Ən qəribəsi isə odur ki, qatillər bu qadınların ən yaxın adamlarıdır. Üçü ər, üçü oğul, biri qardaş, biri keçmiş ər…

Adətən belə qətl törədən şəxslər ya ailəsindən boşanmış olur, ya da boşanmadan sonra yenidən barışan cütlüklərdə baş verir bu hadisələr. Maraqlıdır, vaxtaşırı zorakılığa məruz qalan bir qadın qadın niyə həmin adamı bağışlasın ki?

Nura Ceferzade

Psixoloq Nura Cəfərzadə bildirir ki, yaşadığımız cəmiyyətdə qadına verilən dəyərdən irəli gələrək tez-tez “qadın cinayətlərinin” şahidi oluruq. Dəyər verilməyən bir varlığın ölümü də çox maraqlandırmır bəzi “insanları”. Belə olan halda istənilən münaqişədə ilk gözdən çıxarılan qadın həyatı olur.

“Cəmiyyət tərəfindən kişilərin bu əməlinə haqq qazandırılması onları daha da cəsarətləndirir. Bu yaxınlarda həyat yoldaşını qətlə yetirən kişi səbəb olaraq demişdi ki, bircə onu bilin ki, boşuna öldürməmişəm, səbəbi var. Bunu dedi və insanların ağlında həyat yoldaşının əxlaqı ilə bağlı suallar yaratdı, özü isə namusunu təmizləyən “ər” oldu. Kişilərin bu cür addım atmasının səbəbini psixoloji tərəfdən bu cür açıqlamaq olar; insanlar həyat motivinə görə bir neçə qrupda birləşdirilir, buna dünya modeli adı verilir. Bir qrup dünya modeli var ki, bu “davranış” adlanır. Bu qrupa aid olan insanlar daima öz davranışları ilə reputasiya qazanırlar. Məsələn, bu qıza baxın, necə ağıllı, tərbiyəli qızdır və s. kimi sözlər bu qrupda olan insanların tez-tez eşitdiyi sözdür. Davranış modelinin mənfi tərəfləri isə özünü bu şəkildə göstərə bilir, yəni digər insanlara nəzərən, bu insanlar xəyanətlə üzləşəndə verdiyi reaksiya əgər ailədən də şiddəti davranış modeli olaraq seçibsə məhz belə olacaq”.

Psixoloq deyir ki, bu məsələdə ən çox zərər çəkən isə uşaqlar olur. Çox zaman ailələr uşağa görə boşanmadığını desə də, əslində onların həqiqətdə səbəbi travmatik münasibətlər qurması, ayrılarkən nə edəcəklərini bilməmələri olur. Elə ailələr var ki, onlar məhz uşaqlarını düşünüb boşanmalıdır və ya psixoloqa müraciət edib, problemi kökündən çözməlidir. Ancaq heç bir halda uşaqlar ailə daxilində söz söhbətlərin və şiddətin şahidi olmamalıdır, nəinki uşağın gözü önündə anasını öldürmək…

 

Bəs qadınlar niyə qatillərinə inanır?

Bu inam deyil bəlkə də… Bu çarəsizlikdir, iqtisadi asılılıqdır, “el nə deyər” qorxusudur…

Bu gün qızlarına təhsil verməyən və onun iqtisadi baxımdan azad olmasına çalışmayan valideynlər, Elnarə obrazını gözləri önündə canlandırmalıdırlar. Kim övladının öldürülməsini istəyər ki?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir