Qadınlar niyə daha çox əsnəyirlər?

Baxış sayı: 1. 464

“The İndependent” qəzeti yazır ki, insanlar adətən yanlarında kimsə əsnəyərkən və hətta əsnək barədə eşidərkən əsnəyirlər. Əsnəyin “yoluxucu olduğu” elmə çoxdan bəlli idi. Bu da bəllidir ki, əsnəyin yoluxuculuğu özünü daha çox bir ailənin üzvləri arasında büruzə verir. Amma indi müəyyən edilib ki, qadınlar kişilərlə müqayisədə daha çox əsnəyirlər.

Alimlər bu fenomeni onunla izah edirlər ki, qadınlar kişilərdən daha mərhəmətli və başqalarına qarşı daha hüsn-rəğbətlidirlər. Onlar iddia edirlər ki, belə mərhəmət meylliyinin əsasında qadının biologiyası dayanır. Qadınlar və kişilərin onların xəbərləri olmadan müşahidə edilməsi göstərib ki, qadınlar başqa adamların əsnəməsinə daha tez yoluxurlar. Tədqiqatçılar inanırlar ki, bu hal kişi və qadınlar arasında dərin hüsn-rəğbət hissi fərqindən baş verir.

Başqa sözlərlə, bu ondan irəli gəlir ki, qadınlar həmkarlarının və ya ailə üzvlərinin durumuna daha həssasdırlar. İtaliyadakı Piza Universitetindən alim Elisabetta Palagi deyib ki, əsnək adətən qadınlara tez yoluxur və bunun səbəbi qadınların bioloji baxımdan ana olmaq qabiliyyəti ilə bağlıdır. Araşdırmalar göstərir ki, insanlar daha çox onlara yaxın olanların, məsələn dostların və ya qohumların yanında əsnəyirlər.

Bundan əvvəlki araşdırmalar “əsnək yoluxması”nın bir çox heyvanlara da xas cəhət olduğunu göstərmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir