Qadınlar niyə xəyanət edir? – SƏBƏBLƏR

Baxış sayı: 1. 587

Əvvəllər xəyanət dedikdə göz önünə ancaq kişilərin qadınlarını başqa qadınla dəyişməsi gəlirdi. İndi qadınlar da xəyanət edir. Bəs qadınə xəyanətə sürükləyən səbəblər hansılardır? “Gencaile.az” Aile.lent.az-a istinadən bu suala cavab tapmağa çalışıb.

33 yaşlı Sevinc Əliyeva 13 ildir ailəlidir. Həyat yoldaşı ailəyə, evə yaxşı baxır, amma  onlara az zaman ayırır: “Hər şey edir, pul verir, gəzintiyə göndərir, amma özü yanımda olmur. Bu, illərdir belə davam edir. Və mən bir gün uşaqları məktəbə apararkən bir tələbə ilə tanış oldum. O, mənə avtobusda yer verdi. Evə gələndə çantamda kağıza yazılmış telefon nömrəsi tapdım. 3-4 gün zəng etmədim. Bir gün yoldaşım evdə olmayanda darıxdığım üçün nömrəni yığdım və biz yaxından tanış olduq. Artıq 2 ildir ki, birlikdəyik. Onun kirayə qaldığı evdə görüşürük. İndi həyat daha maraqlıdır. Yoldaşım qazanıb mənə yaxşı baxır, sevgilimlə isə gözəl yatağımız var. Ondan ayrılmağı düşünmürəm. Evlənsə də, biz yenə görüşəcəyik. Yoldaşım heç nə hiss etmir. Özümə də diqqət yetirirəm. O, həyatıma girəndən sonra yoldaşıma qarşı da mehriban olmuşam. Sanki həyatımda bir boşluq var idi və onu doldurdu”.

Kolorado Universitetinin psixoloqu Cenifer Harmanın fikrincə, əgər səbəb yoxdursa, qadın heç vaxt xəyanət etməz. Yəni qadın xəyanətinin arxasında mütləq kişinin yaratdığı bir səbəb var.

ABŞ ailə psixoloqlarının fikrincə, qadının xəyanət etməsinə səbəblər çoxdur. Qadını xəyanətə sürükləyən ilk səbəb intiqam hissidir. Ərindən, sevgilisindən kobudluq görən, qayğı, diqqət görməyən qadın xəyanət etməklə intiqam aldığını düşünür.

Əgər qadın gənc yaşlarından ailə həyatı qurubsa, o, xəyanətə daha meylli olur. Belə qadınların ailə həyatı qurmamışdan öncə seks həyatı olmadığı üçün onlarda seks aclığı olur və özlərinə yeni partnyorlar axtarmağa başlayırlar.

Bəzi qadınlar darıxdıqları üçün xəyanət edir. Bu, imkanlı ailələrdə baş verir.

Mütəxəsislərin fikrinə görə, romantik xarakterli qadınlar da xəyanətkar olur. Belə qadınlar öz kişilərini ancaq xəyallarındakı kişi ilə qarşılaşdıqları zaman dəyişirlər. Yəni onlar öz həyat yoldaşlarına “ağ atlı şahzadələri” ilə  xəyanət edirlər.

Ailədə şiddətə, zorakılığa məruz qalan qadın da xəyanət edə bilər. O, hər zaman şəfqətli, nəvaziş göstərən, qayğıkeş kişi axtarışında olur və belə kişi ilə qarşılaşan zaman özünü onun ağuşuna atmaqdan çəkinmir.

Qadını xəyanətə sürükləyən başqa bir səbəb isə sevgidir. Bəli, xoşbəxt ailə həyatı yaşayan qadın belə, özü də hiss etmədən başqa birinə aşiq ola bilir. Yəni qadın daha həyat yoldaşını, yaşadığı həyatı düşünmək iqtidarında olmur.

Çox nadir hallarda fizioloji tələblə qadın xəyanət edir. Həyat yoldaşı xaricdə çalışan, xəstə olan və ya cinsi əlaqədə həyat yoldaşı ilə orqazm yaşaya bilməyən qadın xəyanət etməyə başlayır. Bu xəyanət sevgi əsaslı olmur.

Bir çox ailələr var ki, ancaq övladlarına görə bir evdə yaşayırlar. Kişi evə otel kimi gəlir, qadınla maraqlanmır, qadın sanki evin qulluqçusuna çevrilmiş olur. Bu zaman qadın yoldaşına nifrət etməyə başlayır. Seks həyatı olmayan qadınlar özləri üçün arxa–dayaq ola bilən, ağlayanda sığına biləcəkəri bir çiyin axtarırlar. Və inamlarını kimsə qazana bilirsə, onunla hər şeyə razı olurlar.

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, seksual doyumsuzluq da qadını xəyanətə sürükləyə bilər. “Əgər qadın yataqda kişidən zövq ala bilmirsə, o, bu hissi kənarda axtarmağa başlayacaq. Özünə inamsızlıq, kişinin qadına qarşı laqeyidliyi də qadını başqa birisini axtarmağa həvəsləndirir. Kişi sevgilisinə və ya həyat yoldaşına qarşı diqqətsizdirsə, qadın özünü dəyərsiz hesab etməyə başlayacaq. Və özünəinamı geri qaytarmaq üçün ona dəyər verən biri ilə münasibət qurmağa can atacaq”.

Psixoloq bildirir ki, kişilər ailə həyatı qurduqdan sonra və ya sevgilisini əldə etdikdən sonra onu əldə saxlamağa çalışmır. “Artıq mənimdir, hara gedəcək” düşüncəsi ilə başqa qadınlara zaman ayıran kişi bir də o zaman ayılır ki, artıq qadınını itirib: “Bəzən isə qadın yaşadığı həyatdan bezdiyi üçün yenilik axtarmağa başlayır. Bu zaman o, qarşısına çıxan ilk kişi ilə münasibət qurmağa hazır olur. Çox zaman qadınlar da kişilər kimi bir gecəlik münasibətlərə üstünlük verir. Belə olan halda qadının əri xəyanəti hiss etmədisə, qadın daha diqqətli, daha nəzakətli olmağa can atır. Bütün qadınlar birlikdə olduğu kişiləri həyat yoldaşıları ilə müqayisə edirlər. Bu müqayisə yataqda, davranışlarda, yemək yeməkdə, çay içməkdə – hər yerdə olur. Və qadın öz həyat yoldaşından yaxşı, üstün bir kişi taparsa, bu sevgi uzun müddətli olur. Ailəli qadınlar xəyanətə daha çox maraqlı olur. Həyat yoldaşı işləmirsə, ona yaxşı baxmırsa, başqaları ilə maraqlanırsa, gecə xoruldayırsa, qadın zamanla bir evin içində həyat yoldaşı ilə yadlaşmağa başlayır. Çox az qadın var ki, ərinin hamıdan yaxşı, seksual, ehtiraslı və bacarıqlı olduğunu özünə sübut etmək üçün müxtəlif kişilərlə ərinə xəyanət edir”

Qadın elə varlıqdır onu başa düşmək çətindir. Bəzən deyirlər, sevgi, düzlük və diqqət  qadına xoşbəxt olmaq üçün yetir. Amma hər qadına deyil. Bəzi qadınların xoşbəxt ola bilmək üçün tələbləri saysızdır. Biz isə sadələrindənik, bizə sevgi, dürüstlük, diqqət bəs edir..

Xəyanətdən uzaq, sevgiylə qalın…

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir