saqqal

Qadınlar saqqallı, yoxsa saqqalsız kişiləri bəyənirlər?

Baxış sayı: 916

Qadınlar hansını bəyənir – saqqallı ya saqqalsız? Son on ildə kişilərin bir çoxu qalın, sıx saqqal və bığ saxlamaq istəyindədirlər. Bir çoxlarının fikrincə üzdə olan tüklər kişini daha çox ağıllı, gözəgəlimli və cazibəli göstərir. Səliqəli bığ və saqqala sahib insanlar daha çox iddialı olduqlarından uğura sahibdirlər. Ancaq bu həqiqətən belədirmi? Bu sualın cavabı barədə Kvinslenddən olan alimlər xeyli müddət baş sındırmışlar. Araşdırmalar və rəy sorğuları kifayət qədər çox insanı əhatə etmişdir. Nəticə olduqca maraqlı alınıb. Heçdə bütün qadınlar saqqallı kişiləri bəyənmirlər. Məsələ üzü tüklü kişilərin cazibəli görünməsində deyil. Rəylərə əsasında məlum olmuşdur ki, qadınların bir çoxu özləridə bilmədən təraş olunmayan kişilərdən hansısa dəri xəstəliyinə tutulacaqlarından qorxurlar.

saqqal

Əlbətdə, soruşa bilərsiniz ki, bunun nə aidiyatı var? Axı biz daş dövründə yaşamırıq.

Avstraliya alimlərinin gəldikləri nəticələr tam olaraq Kvinslend universitetinin saytında dərc edilmişdir. Qadınların üzü tüklü kişilərdən xoşlanıb-xoşlanmaması ilə bağlı rəy sorğusu 18-70 yaş arası 919 qadını əhatə etmişdir. Onlar arasında həm subay, həmdə münasibətdə olan qadınlar mövcutdur.

Elmi araşdırma zamanı qadınlara 30 kişi şəkli nümayiş etdirilmişdir. Şəkildəki insanların bəziləri saqqallı, bəziləri bığlı, bəziləri isə üzləri təraş olunmuş halda təqdim edilmişdir. Suallara əsasən əks cinsin nümayəndələri uzun müddətli və qısa müddətli münasibət yaşamaq üçün uyğun saydıqları kişini seçməli və səbəbini açıqlamalıdırlar. Verilmiş cavablarda tam əminliyin əldə edilməsi üçün sorğu 0-10 bal arası qiymətləndirmə ilə aparıldı.

 

Nəticələrə əsasən qadınlar daha çox saqqallı kişiləri bəyənirlər.

kisi saqqal

Saqqallı kişi daha çox ciddi, uğurlu və etibarlı görünür. Xanımlar bu nəticəni həm qısamüddətli, həm də uzunmüddətli münasibətlər üçün təkraralamışlar. Eyni zamanda müəyyənləşdirilmişdir ki, üzün tüklü olması çənənin ovallığını korrektə edir və üzdə ola biləcək ləkələri, çapıqları gizlədir.

Lakin, nəticələr arasında üzü təraş edilmiş kişiləri bəyənənlərdə az deyil. Bu cür seçim say göstəricisi barəsində nisbətən az olsada, səbəblərdən məlum olur ki, bəzi qadınlar tüklərin arasında müxtəlif mikrobların gizlənməsindən və onun keçici olacağından çəkinir. Fikrin doğruluğu üçün araşdırmanın ikinci hissəsi kimi qadınlara müxtəlif bakteriya şəkilləri göstərilmişdir. Həqiqətəndə üzü təmiz kişiləri bəyənən xanımların xəstəliklərdən daha çox narahat olduqları müəyyən olunmuşdur.

Məlumat üçün bildirək ki, saqqal zamanı tüklərin arasında bakteriyaların olması faktı olduqca ciddi məsələdir. Avropalı alimlərin diqqətli araşdırması zamanı saqqalda ola biləcək bakteriyaların sayının heyvan tükündə olan saydan daha artıq olması sübut edilmişdir. Bu səbəbdəndə uzun saqqal xüsusi diqqət tələb edir və hər gün xüsusi şampunlarla yuyulmalıdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir