xeyanet

Qadınlar, yoxsa kişilər daha çox xəyanət edir?

Baxış sayı: 1. 706

Bu gün bir çox ailələrdə “xəyanət” problemi yaşanır! Bəs, xəyanətdə cinsiyyət fərqi varmı? Kişilər yoxsa qadınlar daha çox xəyanət edir? Və xəyanətinsəbəbi nədir? Kişilər nəslinin davamını saxlamaq üçün daima döllənmək ehtiyacı hiss edərlər və tək yoldaşlı qalmaqda çətinlik çəkərlər. Qadının genetik kodlarında isə övlada sahib olmaq, böyütmək və bəsləmək, ailənin və özünün qorunması üçün bir kişiyə bağlı qalmaq xüsusiyyətlərini özündə daşıyır. Lakin, hal-hazırki dövrdə arasdırmalar onu göstərir ki, kişilərdə xəyanət və qadınlarda xəyanət bərabərləşmə səviyyəsinə gəlib. 2012-ci ildə Amerikada aparılan tədqiqat onu göstərir ki, “əgər tutulmayacağımı bilsəm xəyanət edərdim?” sualına “bəli” cavabını verənlər 75% olmuşdur. Xəyanətin səbəbi nə olursa-olsun bu bir gerçəkdir və insanlıq tarixi boyunca da davam edəcəkdir.

Aldatmanın səbəbləri nədir?

* İlk növbədə məcburi evliliklər. Əgər tərəflər arasında sevgi və istək yoxdursa.

*Yetisdirilmə formaları

*Ünsiyyətdə problemlər

*Ailələrin mənfi təsirləri

*Evlilikdən gözləntilər və bunların qarşı tərəfdən təmin olunmaması

*Psixoloji problemlər – bipolyar pozuntu, borderline şəxsiyyət pozuntusu, keçmişdə yaşanan travmalar, təcavüz və s. Bu kimi problemlər evlilikdə xəyanət problemini ortaya çıxarır. İnsan evliliyində qarşılanmayan duyğuları başqalarında axtarmağa başlayır.

Son dövrdə qadınlar xəyanətlərində artım müşahidə olunur. Xoşbəxt olmayan evlilikdə qadınlar xəyanətə meyilli olur və sevgini, romantikanı, diqqət görmə və hörməti, bəyənilmə arzusunu başqa kişiyə yönləndirir. Qısqanclıq, içki, aqressiv hərəkətlər, şiddət, alçaldıcı sözlər qadınları xəyanətə təşviq edir. Xəyanətdən sonra yaşanan kədər yaxın birinin ölümündəki kədərlə demək olar ki eynidir. Travma sonrası (posttravmatik) stress pozuntusuna gətirib çıxarır. Qadınlarda xəyanət sonrası hisslər: davamlı olaraq fikirləşmə, hirs, acı verən düsüncələri ağlından çıxara bilməmək, dəyərsizlik hissi, müqayisə etmək, qısqanclıq, depressiya ola bilər. Kişilərdə isə xəyanət sonrası qürurunun incilməsi və düşüncələri qarışmış hiss edirlər. Bu vəziyyəti hər kəsdən gizlətməyə çalışırlar və qürur məsələsi edib, boşanma qərarı verirlər. Kişilərdə qadınlara nisbətən “intiqam” hissi daha qabarıq olur. Xəyanət sonrası evlilikərin davam etməsi üçün hər iki tərəfin buna müsbət yanaşması vacibdir. Və mütləq şəkildə digər münasibətlər sonlandırılmalıdır. Xəyanət olunan insanın psixoloqun dəstəyi ilə xəyanət travmasını aradan qaldırmağa çalışmalı və digər tərəfin bu müddətdə yoldaşına hərtərəfli diqqət göstərməsi lazımdır. Tərəflər bu müddətdə cüt olaraq yardım alması ilə daha müsbət nəticələr əldə etmək olar.

 

Aytən Əlizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir