seks

Qadınlarda stressə yol açan cinsi problemlər

Baxış sayı: 1. 861

Bəzən cinsi münasibət qadınlarda stressə səbəb ola bilir. Mütəxəssislərin araşdırmalarına görə, demək olar ki, qadınların çoxu eyni səbəblərdən bu problemləri yaşayırlar. Stressdən uzaq olmağınız və bu problemləri aradan qaldırmağınız üçün bu yazıya göz atmaqda fayda var.

 

Seks əksikliyi qadınlarda daha çox problemə yol açır

Cinsi münasibətlə bağlı yaşanan problemlərin başında, qadınların digər insanların intim münasibətlərini şişirdərək danışdıqlarını eşitdikləri zaman öz münasibətlərində əksiklik hiss etmələri gəlir. Buna görə də, mütəxəssislər insanların danışdıqlarına qulaq asmamağı məsləhət görürlər. Eyni zamanda da onlar həftədə ən az bir dəfə yaşanılan seksi yetərli görürlər.

Böyük sinə problemi

Qadınlar sinə böyüklüyü ilə bağlı Google-da il ərzində təxminən 300.000 dəfə axtarış edirlər. Çünki qadınlar düşünürlər ki, kişilərin çoxu böyük sinəli qadınları sevirlər. Və onlar silikon olmadan sinələrini böyütməyin yollarını axtarırlar. Xüsusilə də, evli xanımlar kiçik sinələrinin evliliklərini təhlükəyə atdığını düşünürlər.

 

Bədənindən əmin olmamaq qorxusu

Bədənindən əmin olan qadının cinsəl istəkləri və məmnuniyyətləri daha yaxşı olur. Amma elə qadınlar da var ki, bədənlərindən əmin olmurlar. Və düşünürlər ki, görəsən bədənimi bəyəcəkmi? Bu düşüncələr qadınların cinsi həyatlarında problemə yol açır.

 

Qadınların çoxu pis qoxu təşvişi yaşayır

Hətta bəzi qadınlar cinsi münasibət zamanı qoxularını balıq, soğan, sirkə qoxuları ilə eynituturlar. Əgər bu cür qoxu problemi yaşayırsınızsa dəri təmizliyinizə daha çox diqqət edin. Düzgün və daha yaxşı qoxulu məhsullar istifadə edin.Cinsi münasibət zamanı orqazm olmamaq qadınlarda stress yaradırBaxmayaraq ki, mütəxəssislər hər cinsi münasibətdən sonra orqazm olmamağı təbii hesab edirlər amma qadınlar bu barədə qorxu yaşayırlar. Əgər həmişə cinsi münasibətdə orqazm olub-olmacağınızı düşünürsünüzsə bu sizi stressə salacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir