aile

Qadınları ələ almağın 8 şirin yolu

Baxış sayı: 203

Dünyanın bütün qadınları incə davranışı və diqqəti sevir. Müxtəlif jestlər və şirin davranışlarla istənilən qadının könlünü fəth etmək olar.

“Gencaile.az” bəylərə qadınları ələ almağın 8 şirin yolunu təqdim edir:

1. Xanımlar səhəri onlarla açan və gecəni onlarla yekunlaşdıran bəyləri sevir. “Sabahın xeyir” və “Gecən xeyrə” mesajının gücünü təsəvvür belə edə bilməzsiz.

2. Gün ərzində sevdiyiniz xanımın iş yerinə və ya onu görə biləcəyiniz istənilən yerə gedin. Özünüz gedə bilməsəniz belə bir dəstə gül buketi kifayət edər ki, sizə aşiq olsun.

3. Divanda əyləşib istirahət edirsiniz və xanımınız sizin yanınıza gəlirsə, sadəcə qolunuzu onun çiyninə atın və saçlarını sığallayın. Əlavə sözlərə ehtiyac qalmır.

4. Xanımınızı ətrafınızdakı insanlara təqdim edərkən əlinizi onun kürəyinə qoyun. Belindən özünüzə tərəf çəkin bu onu sahibləndiyinizə işarədir. Qadınlar onlara sahib çıxan kişiləri sevir.

5. Verdiyiniz sözləri mütləq tutun. Ya da söz verməməyə çalışın. Hər ikisi qəbul olunandır. Lakin söz verib yerinə yetirmədiyiniz hər şey sizin əleyhinizə yazılır.

6. Sevdiyiniz insanla dəlilik etməyi bacarın. Yaşından asılı olmayaraq, hər bir insanın içərisində çılğın uşaq yatır. Onu güldürün.

7. Onunla birlikdə onun sevdiyi filmi izləyin. Söhbətin nədən getdiyini anlamasanız da, bu onların xoşuna gəlir.

8. “Səni Sevirəm” sözünü 100 dəfə işlətmək əvəzinə hər gün 1 saat sevildiyini hiss etdirsəniz siz “ağ atlı şəhzadə” olarsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir