qadin

Qadınların bu qüsurları kişilərin xoşuna gəlir

Baxış sayı: 1. 555

Qadınlar xarici görkəmlərinə çox fikir verirlər. 3-5 kilo kökələndə, qarnımız çıxanda, saçımızda 3-5 ağ tük olanda bunu özümüzə dərd edir, gözəl görünmədiyimizi düşünürük.

Bəs görəsən kişilər bu haqda nə fikirləşirlər? Belə kiçik detallar doğurdan qadınları çirkin göstərir?

Sən demə, bəzi qüsurlar kişilərin xoşuna gəlirmiş. Hətta bu qüsurlarla kişiləri yoldan çıxarmaq da mümkündür.

 

Göbək

Qadınlar düzdüz qarın istəyir və çox vaxt bunun üçün dəridən-qabıqdan çıxırlar. Ancaq unutmayın ki, bəzi kişilər qadının bir az göbəkli olanını sevirlər. Kişilər kiçik qarını çox seksual hesab edirlər.

Image result for qarınlı xanımlar

İri burun

Burun insan üzünü gözəl də göstərə bilər, çirkin də. Yəni gözəlliyinizi həm də bu orqana borclusunuz. Hər insana yaraşan burun forması fərqlidir. Sizin burnunuz bira z böyük və ya enli ola bilər. Ancaq estetik əməliyyat etmədən öncə burnun sizə yaraşıb yaraşmadığından əmin olun. Çünki kişilərin çoxu iri burunlu qadını əməliyyatla gözəl buruna sahib olan qadınlardan daha cazibədar hesab edirlər.

Image result for iri burunlu xanımlar

Qısa boy

Uzun ayaq bir çox kişinin bəyəndiyi xüsusiyyətdir. Ancaq qısa boylu qızlar kişilərin gözünə daha şirin görünürlər. Hətta kişilərin çoxu qısa boylu qadınlarla daha ciddi münasibətlər qurmağa meyillidirlər.

Kişilər iri burunlu, qısa boylu, ətli xanımları çox bəyənirlər - Xanımlar MÜTLƏQ OXUSUN

Çillər

Çillərinizdən qurtulmağa çalışmayın və onları tonal kremlərlə gizlətməyin. Kişilərin çilli qadınlar üçün ürəkləri gedir.

Image result for çilli xanımlar

Köklük

Kişilərin 90 faizi balıq ətli qadınları seksual hesab edirlər. Könül əyləndirmək üçün arıq qadınlardan xoşları gəlsə də, ciddi münasibətlər üçün balıq ətli xanımları uyğun hesab edirlər. Axı kişilər həmişə analarına oxşayan qadın axtarışında olurlar. Onlar qucaqlayanda sevdikləri qadını hiss etmək istəyirlər, bədənlərinə sümük batmasını isə xoşlamırlar.

Image result for balıq ətli xanımlar

Kiçik sinə

Sizi həqiqətən sevən kişi döşlərinizin böyük və ya kiçik olması ilə maraqlanmayacaq. Hətta 2005-ci ildə keçirilən sorğu zamanı kişilərin 70 faizi döşləri kiçik olan xanımları bəyəndiklərini bildiriblər.

Image result for kiçik sinəli xanımlar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir