sevgi

Qadınların kişilərə ən çox verdiyi 5 SUAL

Baxış sayı: 1. 884

Kişilərin ən sevdiyi  (ən sevmədiyi) şeylərdən biri də qadınların çox sual vermələridir. “Gencaile.az” zəmanə qadının soruşduğu 5 əsas sualı və bunun altında yatan səbəbləri  təqdim edir.

 

Bürcün nədir?

Bu adi sualın altında dərin mənalar yatır. Hər insan bürcünün xüsusiyyətlərini daşıyır. Buna görə qadınlar səbirsizlik edərək, insanı ilk əvvəldən bürcünə görə tanımağa çalışırlar.

 

Məni sevirsən?

Tam olaraq bu sualı verməsələr də, qadınlar, hər zaman bu sualın cavabını öyrənməyə çalışarlar. Səbəb isə güvənsizlikdir. Bu dövrdə qadınlar kişilərə çox çətin güvənirlər. Sevilmədiyini eşitməsə belə, hiss etməsi onun səssiz getməsi üçün yetərlidir.

 

Səncə mən gözələm?

Bu sual qadınların tərif aclığını qarşılamaq üçün verilir. Səbəb isə qadında özünə güvənsizliyin yaranmasıdır. Özünü sevməyi, bəyənməyi, olduğu kimi qəbul etməyi öyrənmək üçün suala cavab vermək çox əhəmiyyətlidir.

 

Nə düşünürsən?

Münasibətdə yaşanan səssizliyə dözə bilməyən tərəf hər zaman qadındır. Qadınlar hər zaman diqqət mərkəzində olmaq istəyər. Bunun üçün kişi qadınla söhbət etməli, iç dünyasını sadəcə ona açmalıdır. Səbəb isə qadının bütün meylini, düşüncəsini sevdiyi kişiyə yönəltməsidir.

 

Əminsən?

Münasibətləri irəlilədən, davam elətdirən qadınlardır. Buna görə qadın kişinin aldığı qərarı qəbul etməkdə çətinlik çəkir. Səbəb isə mükəmməlik hissidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir