Qadınların sevimlisi olmağın yolları – Kişilər oxusun!

Baxış sayı: 1. 417

Demək olar ki, bütün kişilər müxtəlif dövrlərdə qadınların onları bəyənməsi üçün əlindən gələni edir. Bunun üçün geyiminə ciddi fikir verənlər də olur, xeyli pul xərcləyənlər də. Bu məqsədlə xanımlara xoş sözlər deyənlər də az deyil. Bəs görəsən, xanımların xoşuna gəlmək istəyən kişilər əslində necə davranmalııdırlar?

Qadınların sevimlisi olmağın yolları aşağıdakılardır:

 

Danışıq

Oxumuş insanlar – daim maraqlı həmsöhbət olurlar. Bu sizin cazibədarlığınız üçün müsbət haldır. Boş söhbətlər isə daim qarşı tərəfi yorur.

Göz təması

Gözün içinə baxan kişilər həmişə cazibədar olurlar. Lakin çox lazım deyil, “xəstə” hesab edərlər. Məsləhətimiz, qarşı tərəfin göz rəngini öyrənməyə çalışın. Belə sizin az müddət olsa da, baxışlarınız kəsişəcək. Bunu görüş zamanı mütəmadi təkrarlayın – onun gözünə cazibədar görünəcəksiniz.

Sağlam görünüş

Gündəlik duş, təmiz dişlər, səliqəli saqqal, təmiz paltar.

Gülümsəyin

Narazı və kədərli insanları heç kim sevmir. Daha çox gülümsəyin.

Ətir

Yüngül və sadə ətir sizin cazibədarlığınıza müsbət təsir edəcək. Lakin ətir ilə çimmək olmaz.

Şorgöz olmayın

Cazibədar kişilər – şörgöz olmayanlardır. Onları əks cinsin nümayəndələri cəlb etsə də, onlar özlərini idarə edə bilirlər.

Əl hərəkətləri

Söhbət zamanı psixoloqlar məsəhət verirlər ki, əlləriniz ilə də hərəkət edəsniz. Belə kişilər özündən əmin və enerjili görsənirlər.

Geyim

Çalışın digərlərindən az da olsa yaxşı görsənəsiniz. Çox seçilməsəniz də, diqqəti cəlb edən olun.

Daha bir neçə məsləhət

Aktiv və şən olun. Söhbət zamanı daha rahat olun. Daha az lovğalanın. Daha çox xarizma, kişi əminliyi və möhkəmliyi.

İdman

Qadınların gözəllik salonlarına getdiyi kimi, siz kişilər də, idman zallarına axışmalısınız. Kişinin gözəllik salonu – idman zalıdır.

Xoş söz

Cazibədar olmaq üçün, klassik xoş sözləri unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir