Qadin

Qadınların üz cizgiləri nə deyir? – KİŞİLƏRİN MENYUSUNA

Baxış sayı: 1. 541

Kişilər, xanımınızı anlamaq üçün dəridən-qabıqdan çıxmaq əvəzinə bu yazıya nəzər yetirsəniz, uduzmazsınız. “Gencaile.az” qadın mimikalarının mənalarını təqdim edir.

 

Kiçik, zəif hesab etmək: Qalxan qaşlar, üst dodağın qalxması. Alnınızdakı təri qalstukunuzla silməyiniz, ya da yemək yeyərkən, üstünüzə tökməyiniz qadında bu mimikanı yarada bilər.

Nəzarətdə saxlanılan qəzəb: Möhkəm bağlanan dodaqlar, genişlənən burun deşikləri, bir az çəpləşən gözlər. Keçmiş sevgilinizin şəklini tapmaq qadında bu mimikaya səbəb ola bilər.

Lağlağı gülüş: Ağız yarım açıq, gözlər bir az çəp. Dostlarınızla bayıra çıxacağınızı və gec olmadan gələcəyinizi deməyiniz onda bu mimikanı yaradır.

Məcburi gülümsəmək: Dodaq kənarlarının fərqli istiqamətlərə getməsi. Müdirinizi qonaq çağırmağınız bəs edər.

Lağ: Dodaqlar bağlı şəkildə bir istiqamətə əyilir. Daha xoş mənzərəli bir ev üçün əlavə pul vermək istəməməyiniz buna səbəb ola bilər.

Xahiş edərkən: Qalxan qaşlar, titrəyən çənə. Bir söz verib və sonra fikrinizi dəyişdirin. Onda bu mimikayla qarşılaşacaqsınız.

Müdafiə: Qırışmış alın, nəmli gözlər, yarım açıq ağız.

Çaşqın qəzəb: Bir qaşı qalxıb, çənə önə çıxıb. Sevdiyiniz futbol komandasının formasını geyinib  yatağa girin.

Çaşqınlıq: Böyümüş gözlər, bir az açılmış ağız. Başqa bir qızın adını döymə elətdirsəniz, bu mimikanı görəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir