EVLILIK

Qadınların yaşlı kişiləri bəyənməsinin səbəbləri – 12 VERSİYA

Baxış sayı: 1. 470

Corc Kluni ilə şahzadə Uliyam arasında seçim etməli olsaydınız, kimi seçərdiniz? Gənc və yaraşıqlı olanı seçərdiniz, yoxsa xarizmatikliyi ilə cəlb edəni?

Təbii ki, kişini yaraşıqlı və seksual göstərən təkcə yaş faktoru deyil. Ancaq gənc qızların qocalara meyil etməsi də heç kimə sirr deyil.

Bəs görəsən gənc və gözəl xanımlar yaşlı kişilərlə sadəcə onun var-dövləti səbəbindən birlikdə olurlar? Araşdırmalar göstərir ki, gənc qızların yaşlı kişilərdə axtardıqları təkcə pul və şan-şöhrət deyil.

“Gencaile.az” 40 yaşından yuxarı olan kişilərin hansı xüsusiyyətlərə görə, qadınların diqqətini cəlb etdiyi haqda yazını təqdim edir.

Image result for Qızların yaşlı kişiləR

 

Yaşlı kişilər daha xarizmatik olurlar.

Yollarına çıxan maneələri aradan qaldıra bilirlər. Yəni cavanlardan fərqli olaraq problemləri həll etməkdə çətinlik çəkmirlər.

Qarşısındakı qadını dinləməyi bacarırlar. Sevgilisinə məsləhətlər verib, düz yol göstərməyi sevirlər. Xüsusilə də öz atası ilə problemləri olan və problemlərini onunla paylaşa bilməyən gənc qızlar üçün bu tip kişilər çox cəlbedici görünür.

Cavan oğlanlardan fərqli olaraq, yaşlı kişilər ağıllı görünməyə çalışmazlar. Ona görə də sıxıcı və ağır cümlələr qurmurlar.

Karyeralarında müəyyən uğur qazanmış olurlar.

Valideynlərinin dəstəyinə ehtiyacları yoxdur. Ona görə də qayınata, qayınana problemi ilə üzləşməzsiniz.

Evi, maşını, pulu var.

Yaşlı kişilər sağlamlıqlarının qeydinə qalırlar. Ona görə də zərərli vərdişlərdən əl çəkməyə meyilli olurlar. Siqaret və içki qoxusunu xoşlamayan qızlar belə kişilərə üstünlük verirlər.

Müəyyən geyim stilləri olur və özlərinə yaraşanı tapmaqda ustalaşırlar.

Sevgililərinə nə hədiyyə alacaqlarını yaxşı bilirlər. Cavanlardan daha romantik olan yaşlı kişilər gənc sevgililərini itirməmək üçün əllərindən gələn hər şeyi edirlər.

Seks təcrübələri çox olduğu üçün qadının orqazm olmasına cavanlardan daha tez nail olurlar.

Xəyanətə uğramaq riskiniz azalır. Seksdən doyduqları üçün yataq onların həyatında ikinci dərəcəli rol oynayır. Ona görə də qadınlara daha səmimi və kübar davranırlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir