qadin

Qadınlarla bağlı sizi təəccübləndirəcək 27 fakt

Baxış sayı: 87

1. Hər 90 saniyədən bir dünyada bir qadın doğuş zamanı həyatını itirir.

2. Bir qadın gün ərzində 20 min söz işlətdiyi zamanda, kişilər 7 min sözlə günü tamamlayırlar.

3. Dünyanın ən zəngin 19 qadını sərvətlərini ərlərindən və ya atalarından miras alıb.

4. Qadınlar orta hesabla 47 saat 15 dəqiqə sirr saxlaya bilirlər.

5. Qədim Roma dövrlərində qadınlar ətir olaraq qladiatorların tərlərini istifadə edirdilər.

6. İngiltərədə bir qadının orta hesabla 19 cüt ayaqqabısı var. Onların yalnız 7 cütünü istifadə edirlər.

7. Rusiyada qadınların sayı kişilərin sayından 9 milyon çoxdur.

8. Amerikada hamilə qadınların 40%-i ailəli deyil.

9. Qadınlar ömürlərinin bir ilini nə geyinəcəklərini düşünərək keçirirlər.

10. Boşanmış ən gənc qadının 10 yaşı olub.

11. Dünyada ən çox qadın sayına malik olan yer Ukraynanın Lvov şəhəridir.

12. Dikdaban ayaqqabılar ilk dəfə 16-cı əsrdə kişilər tərəfindən geyinilib. Sonradan qadınlar kişi kimi görünmək üçün dikdaban ayaqqabılar geyiniblər.

13. İsraildə qadınlar hərbi mükəlləfiyyət daşıyırlar. Onlar da kişilər kimi hərbi xidmətə gedirlər.

14. Qadınlarda infarkt sinə ağrısı kimi deyil, mədə bulanması və bel ağrısı kimi büruzə verir.

15. Hazırda ABŞ-dakı qadınların 4%-i hamilədir.

16. Qadınların ürəyi kişilərinkindən daha sürətli döyünür.

17. Qadınların ağızlarındakı dadbilmə hüceyrələrinin sayı kişilərinkindən daha çoxdur.

18. Bəzi qadınlar adi insanlardan milyonlarca daha çox rəng görə bilirlər.

19. Hamilə vaxtı xoruldayan qadınların övladlarının ölçüsü kiçik olur.

20. Hündürboy qadınların xərçəng xəstəliyinə tutulmaq riski daha böyükdür.

21. İngiltərədə bir qadın həyatı boyunca təxminən 111 ədəd çantaya sahib olur.

22. Hamilə qadınların 30%-i Pika adlı, yeyilməsi mümkün olmayan şeylərin iştah çəkməsi kimi xəstəliyə tutulurlar. Bəzən mismar, daş və ya başqa predmet onlar üçün çox iştahlı görünür.

23. Qadınlar intim əlaqədən 5 və ya 8 gün sonra da hamilə qala bilərlər.

24. Bir qadın ildə təxminən 120 saatını güzgü qarşısında keçirir.

25. Qadınlar onları qucaqlayan adamlara daha çox güvənirlər.

26. Yeni doğulan uşağın qoxusu qadında narkomanın uzun ayrılıqdan sonra narkotik qəbul etməsi kimi bir ruh halı yaradır.

27. Dünyadakı işlərin 66%-i qadınlar tərəfindən görülür. Buna baxmayaraq, qadınlar dünyadakı ümumi qazancın cəmi 10%-nə sahib ola bilirlər. Dünyadakı mülkiyyətin isə cəmi 1%-nə sahibdirlər. Kişilər dünyadakı işlərin 34%-ni görürlər. Ancaq dünyadakı gəlirin 99%-nə sahibdirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir