evlilik

Qan qohumu ilə evlənmək olarmı? – AÇIQLAMA

Baxış sayı: 2. 154
“Deyirlər, əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib”, “A bala, gəl özümüzkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü atmaz” kimi deyimlərini tez-tez eşidirik. Yüz illərdir bu deyimlərə uyğun ailələr qurulur. Yəni qan qohumları olan əmi, xala, bibi uşaqları evlənirlər, gələcəkdə bu səbəbdən hansı probemlərlə qarşılaşacaqlarını da bəzən düşünmürlər. Bir çox hallarda isə xəstə övladların dünyaya gəlməsinə səbəb olurlar.
.
Sosioloq Cavid İmamoğlu deyir ki, qohum evliliyi, xüsusilə ən yaxın qohumlar arasında evlilik, birmənalı şəkildə ətraflı təhlil olunmur: “Əgər hər hansısa xalaoğlu öz xalaqızısını sevirsə və arada bir sevgi varsa, bu cür sevgi əsasında qurulan evliliyə qarşı münasibətə cəmiyyət loyal yanaşır. Ümumiyyətlə, Azərbaycan və bəzi şərq cəmiyyətlərində, o cümlədən Şimalı Amerika və Afrikada qohum evliliyi geniş yayılıb. Bir çox hallarda “qızımı kənar adama verməyim”, prinsipi ilə evlilik ortalığa qoyulur ki, bu da bir çox hallarda ənənələrdən və ailə köklərindən irəli gəlir.”
Sosioloqun sözlərinə görə, tibbi tərəfdən də bu kimi evliliklər bəzi hallarda yaxşı nəticələnmir: “Tibb işçiləri həyacan təbili çalırlar ki, qohumla evlənən insanlar öncədən müəyyən testlər verməli və daha sonra evlənmək qərarı verməlidirlər. Onlar bildirirlər ki, yaxın qohumların evlilik münasibətlərindən dünyaya gələn uşaqda müəyyən fiziki və əqli məhdudiyyətlərin olması ehtimalı var. Təbii ki, bu cür hallar kütləvi deyil və bunun dəqiq statistikasını demək də çətindir.”
.
C. İmamoğlu qeyd etdi ki, modern cəmiyyətlərdə qohum evliklərinə münasibət heç də yaxşı deyil: “Ənənəvi cəmiyyətlərdə bu kimi evliliklərə qarşı münasibət müsbət, modern cəmiyyətlərdə isə qohum evliliklərinə qarşı münasibət isə əksdir. Modern cəmiyyətlərdə qohum evliliyi, əgər arada sevgi yoxdursa, birmənalı şəkildə qəbul edilmir. ABŞ-ın 24 ştatında ən yaxın qohumların evlililiyi rəsmi şəkildə qadağan edilib. Bütün bunlar onu göstərir ki, bu problem aktualdır və müzakirə olunur. Azərbaycan reallığı da dünyada gedən tendensiyadan kənar deyil. Müasirlik və ənənəviçilik arasında gedən mübarizə bu məsələdə fərqli baxışları ortalığa qoyur. Ona görə də, nikaha daxil olmaqdan öncə tibbi müayinələr məsələsi gündəmə gəlir ki, bu həm qohum evililiyi, həm də qeyri evlilikdə sağlam övladın dünyaya gəlməsini təmin etmək məqsədi daşıyır. Amma hər bir halda sevgi və ənənələrin gücünün qarşısında müqavimət göstərmək çox çətindir. Bu gün dünyada qurulan evliliklərin 20 faizi məhz yaxın qohumların evliliyidir.”
.
Həkim Ramidə Şükürova qan qohumu olan nikahlardan dünyaya gələn körpələrin bir sıra problemlərlə rastlaşdığını bildirdi. R. Şükürovanın sözlərinə görə, qohumluq münasibətləri üzərində qurulan ailədə dünyaya gələn körpədə bir çox problemlər, xromoson çatışmazlığı, əzələ boşluğu, əqli çatışmazlıq, daun və nevroloji xəstəliklər kimi bir sıra xəstəliklər aşkarlanır: “Bu problemlər arasında nevroloji xəstəliklər daha çox üstünlük təşkil edir. Yaxın genlər birləşəndə bu cür problemlərdən yaxa qurtarmaq qaçılmazdır. Gənclər qohumluq münasibətlərindən daha çox yadlarla ailə həyatı qurmağa üstünlük verməlidir”. Həkim ana bətnində heç bir problem yaşamayan, qüsuru olmayan körpənin dünyaya gədikdən sonra da müəyyən problemlərinin ortaya çıxdığını deyir. Ekspert, hətta ailə həyatı qurmazdan öncə tibbi müayinənin nəticəsində heç bir problemin olmadığını öyrənən qan qohumu olan cütlüyün, gələcəkdə bu problemdən sığortalamayacağını deyir: “Ailə həyatı qurmazdan öncə analizlərin nəticəsində heç bir problemin aşkarlanmaması, qohum olan şəxslərin övladlarının qüsurlu doğulmayacağına rəvac vermir. Bir çox hallarda evlənməzdən öncə dünyaya gətirəcəkləri körpənin heç bir probleminin olmayacağını öyrənən valideyn, sonradan fəlakətli hadisələrlə qarşılaşır. Qohumluq münasibətləri üzərində qurulan ailələrin gələcəkləri çox risklidir. Gənclər çalışsınlar ki, qohumla ailə həyatı qurmasınlar.”
.
Qeyd edək ki, qohum nikahlar Qərbi Aralıq dənizi və Cənubi Hindistanda çox geniş yayılıb. Təcrübəyə görə, qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. Xalqın təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması, bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir, bəzi adalarda isə 29 faizə yüksəlməkdədir. Ərəb ölkələri, Misir və Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir.  Qohum nikahların ən çox rast gəlindiyi ölkələrdən olan Türkiyədə bu səbəbdən uşaqlarda bir sıra irsi xəstəliklərin yüksək olduğu müşahidə edilir. Belə ki, Türkiyədə qurulan evliliklərin 30-35 faizi qohum nikahların payına düşür.
.
Qohum evliliyində olan problem, sağlam olan şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlarına keçməsidir. Birinci dərəcə qohumlar arasında evliliklərdə genlərin 1/8-i paylaşıldıqda genetik olarak aşkarlanan xəstəlik riski 3 faizdir. Aralarında qan bağı olmayan ata-analardan doğulan uşaqlarda isə 2 faizdir. Birinci dərəcədən qohumlar arasındakı evliliklərdə uşaqlarda düşmə, ölü doğum, beyin iflici göstərilir.
Ramil Zeynallı



3 şərh “Qan qohumu ilə evlənmək olarmı? – AÇIQLAMA

  1. Ayan Eliyeva

    Men sevdiyimle emiqizi emi ogluyam ama onun qan qrupu ahridi men qan qruplari ayridi. Aile qurmaq isteyirik ama men qorxuram sevdiyimse herseye razidi. Men istemeremki ovladim eziyyet ceksin. Ama arafa sevgide gucludu tek qorxum ovladdi

    Cavabla
      1. xxx

        Bir insanki oz qohumuyla ozude emisioglu ile aile qurursa bu iyrenclikdirr o senin oz qardawinn kimidi yadinda saxla oz emi xala dayi bibisi qizina goz qoyan adamdan herweyi gozleyersen o oz anasina bacisina eyni weyi eder

        Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir