qan

Qan vermək və onun faydaları haqqında bilmədikləriniz

Baxış sayı: 1. 524

Son illərdə istər əlamətdar günlərdə, istərsə də ehtiyac yarandığı digər zamanlarda insanların böyük əksəriyyəti könüllü olaraq qan vermək təşəbbüsündə olurlar. Amma qan vermədən əvvəl bilməli olduğunuz nüanslar da, var. Bunlara diqqət etsəniz verdiyiniz qan daha da faydalı olar.

 

 

Qan vermək nədir?

Qan istehsal edilməyən bir toxuma olduğuna görə, yeganə mənbəyi sağlam qan ianəçiləridir. Qan ianəsi həm ictimai, həm fərdi baxımdan əhəmiyyət daşıyır. Çünki insan qan verdiyi zaman orqanizm yeni qan istehsal edir və bunun orqanizm üçün faydası çoxdur. Qan ianəsi, sağlam olan şəxsdən alınan bir miqdar qanın ehtiyac sahibi olan bir şəxsə ötürülməsi prosesidir. Böyük xəstəxanalarda qan toplama mərkəzləri yerləşir. Toplanan qan ehtiyac duyulduqda istifadə edilmək üzrə soyuq şkaflarda saxlanılır.

 

Kimlər qan verə bilər?

Yaşı 18-65, çəkisi 50 kq və ondan artıq olan hər bir sağlam insan qan verə bilər. Kişilərdə ən tez 2 ayda bir, qadınlarda isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır. Davamlı qan vermək insan orqanizmi üçün nəinki ziyan, əksinə bir çox xeyirli tərəfləri var.

 

Kimlər qan verə bilməz?

Müəyyən hallar var ki, bu, sizin qan verməyinizə mane ola bilər:

 Müayinədə 37.5 dərəcədən artıq bədən istiliyi olanlar;

 Nəbz atış sayı dəqiqədə 50-dən az 100-dən artıq olanlar;

 Damardan narkotik asılılığı olanlar;

 Laxtalanma faktor konsentrasiyası ilə müalicə alanlar;

 Son 24 saatda həddindən artıq miqdarda alkoqol qəbul edənlər;

 Cinsi yolla yoluxmuş bir xəstəlik keçirənlər və keçirmə riski yüksək cinsi əlaqədə olanlar;

 Soyuqdəymə keçirənlər şikayətlərinin kəsilməsindən 3 gün sonra qan verə bilərlər;

 Son 12 ay ərzində yoluxucu sarılığı olan biri ilə yaxın təmasda olanlar;

 Orqan və ya toxuma köçürülməsi olanlar;

 İynəbatırma ilə döymə dərinizin hər hansı bir yerinə dəlik açmaq (qulaq deşdirmə kimi) kimi əməliyyat etdirənlər;

 Son 3 il ərzində malyariya xəstəliyi keçirənlər qan vermək olmaz. Malyariya xəstəliyinin epidemiya olaraq yerləşdiyi coğrafi bölgələrdə 6 aydan çox qalanlar 2 il müddətində, 6 aydan az qalanlar isə 12 ay qan verə bilməzlər.

 İstifadə etməkdə olduğunuz dərmanlar varsa mütləq qan verdiyiniz mərkəzdəki həkimə bildirin.

 İnfarkt keçirən bir adam qan verə bilməz.

 

Qan verməyin uyğun olub-olmadığı nəyə əsasən qiymətləndirilir?

Qan verməmişdən əvvəl həkim size müayinə etməlidir. Müayinə nəticəsində həkim veriləcək qanın sizə ya da qanı alacaq xəstəyə zərər verə biləcəyi qərarını verərsə səbəbini sizə açıqlayaraq qan ianəsini bir müddət təxirə salır. Bəzən (daşıyıcı xəstəlik və s.) isə mövcud vəziyyət həyatınız boyu sizin qan verməyinizə maneə yaradır.

 

Qan verərkən qansızlıq yaranırmı?

Verilən qan 450 mln. qədər olur. Bədəndə orta hesabla 5000-6000 mln. qan olur. Alınan qan bədəndəki qanın təxmini dəyəri, 1/13-i qədəri olaraq zərər verməz. Ayrıca qan ianəsindən əvvəl qan sayımı aparılır, həkim tərəfindən qiymətləndirilir. Qan ianəsindən əvvəl aparılan müayinədə qan səviyyəsi aşağı olduğu (anemiya) müşahidə edilərsə qan vermək olmaz. Normalda sağlam fərdlər qan verərlərsə azalan qan hüceyrələri sümük iliyinin çalışması ilə sürətlə yenilənər. Onsuz da bədən, bu hüceyrələrin yaradılması və dağıdılması fəaliyyətlərini davamlı olaraq həyata keçirir. Alınan qan miqdarı isə sağlamlığa mənfi təsir edəcək səviyyədə olmadığına görə, qansız qalmaq kimi bir vəziyyət yaratmır.

Bəs qan verməyin faydası nədir?

Qanaxmalı bir xəstədə və ya böyük bir əməliyyatda 6-8 qutu qana və 4-5 qutu təzə dondurulmuş plazmaya ehtiyac duyulur. Problemli hamiləlik keçirən və ya qanaxmalı hamilə bir qadının həyatını davam etdirməsi üçün qan və qan məhsullarına ehtiyac olur. Həyatında qan və qan məhsullarını almaq məcburiyyətində olan hemofiliya və talessemiya xəstələrinin yaşamağı üçün qana ehtiyacı vardır. Yenidoğulan və qanın dəyişməsi üçün çox təzə qana ehtiyacı olan uşaqlar sizin qanınızı gözləməkdədirlər. Ağır böyrək xəstələrinin də həyatlarını davam etdirmələri üçün qan və qan məhsullarına ehtiyacı vardır. Qan istehsal edilməyən yeganə dərmandır. Bir gün hər kəsin qan və qan məhsullarına ehtiyacı ola bilər. Verəcəyiniz hər qan üçün pulsuz olaraq qan qrupu müəyyən edilir, Hepatit B, Hepatit C və AİDS testləri də aparılır.

 

Qan verməyin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Bəs qan verməyin mənfi tərəfləri nələrdir? 

Qan ianə etmək üçün qan verən insanda axtarılan müsbət xüsusiyyətlər vardır. Bu xüsusiyyətlər insanın sağlam olması, ən azı 17 yaşını doldurmuş olması, qan verənin son 8 həftə ərzində qan verməmiş olması, qan verənin antibiotik və ya digər qan durulaşdırıcı dərman vasitələrindən istifadə etməməsi kimi şeylərdir. Bu qaydalar təbii ki, bəzi ölkələrə görə dəyişir. Ancaq əsas xüsusiyyətlər, demək olar ki, eyni qalır. Bu əsas qaydalara riayət edilməzsə qan alan və ya verən adamda yaxşı nəticələrə səbəb olmur.

Qan ianə zamanı yüngül baş dönməsi halı olan bir şeydir. Qan ianəsinin əks təsirləri, əsasən, gənclər arasında baş verir. Bu mənfi təsirlər isə bunlardır:

 Tərləmə və titrəmə;

 Özündən getmə və yıxılma;

 Oynaqlarda sərtləşmə;

 Stress;

 Mədə bulanması;

 Dodaq və burunda uyuşma.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir