defne yarpagi

Qanda şəkərin səviyyəsini necə tənzimləməli? – XALQ TƏBABƏTİ

Baxış sayı: 1. 272

Xalq təbabəti qanda şəkərin səviyyəsinin tənzimlənməsi üçün bu kimi vasitələri tövsiyə edir:

Darçın. Yeməklərinizə darçın səpmək qanda şəkəri sala bilər. Darçın komponentləri bədənə insulini təsirli şəkildə istifadə etməsinə kömək edir. Bu səbəblə daha çox qlükoza hüceyrələrə girə bilir.

Limon və alma sirkəsi. Turşulu limon və alma sirkəsi yüksək karbonatlı xörəklərlə birlikdə işlədiləndə qlisemik göstəricilərinin düşməsinə yardımçı olur.

Yemişan. 1 xörək qaşığı yemişan 1 fıncan qaynar suda dəmlənilir. Dəmləmə qida qəbulundan əvvəl çay kimi içilir.

Qarabaşaq. 2 xörək qaşığı üyüdülmüş qarabaşaq 1 stəkan yağlılığı az olan kefirdə qarışdırılır. Səhər və axşam qida qəbulundan 40 dəqiqə əvvəl qəbul edilir.

Zirinc. 1 xörək qaşığı zirinc 1 stəkan qaynar suda dəmlənilir və gündə 3 dəfə qida qəbulundan əvvəl 2 xörək qaşığı olmaqla içilir.

Dəfnə yarpaqları dəmləməsi. Axşamdan termosda 10 dəfnə yarpağı qaynar suda dəmləyin və növbəti gün hər qida qəbulundan 30 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla için.

Soğan. Qida rasionumuzda tez-tez istifadə etdiyimiz soğan qanda şəkərin səviyyəsini çox yaxşı tənzimləyir. Gündə 2 dəfə qida qəbulundan əvvəl 1 xörək qaşığı soğan şirəsini için.

Şirin kartof. Aşağı qlisemik indeks dəyərinə malik şirin kartof qan şəkərini sabit saxlayan qidalar arasında yer alır. Şirin kartof yeyəndə qanın şəkərini yavaş-yavaş yüksəldir və uzun müddət eyni səviyyədə qalmasını təmin edərək aclıq hissi baş verməsinə mane olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir