eee

Qapalı məkanlardan qorxan, özünü dəyərsiz sayan, ətrafındakıları təhdid edən DİVANƏ DAHİLƏR

Baxış sayı: 1. 404

Dərrakə ilə divanəlik arasındakı sərhədi təyin etmək mümkün deyil. Xüsusən də yaradıcı insanlar bu çərçivələrdən tam uzaqdırlar. Onların divanəliyi də özlərinə, əsərlərinə bənzəyir.

“Gencaile.az” psixi problemləri ilə tarixə düşən dahilərin siyahısını təqdim edir.

 

Nikolay Qoqol

Федор Антонович МоÐ

Dahi yazıçı ömrü boyu şizofreniyadan əziyyət çəkib. Vaxtaşırı gələn psixi narahatlığı onu rahat buraxmırdı. Gözünə müxtəlif simalar görünür, qulağı səslər eşidirdi. İstənilən anda sakitləşib, bir kənara çəkilə, yaxud dəli bir ehtirasla aşıb-daşa bilərdi.

Qoqol qapalı məkanlardan, müalicəsiz xəstəliklərdən çox qorxurdu. Qidaların ziyanından xüsusi diqqət etdiyi üçün tədricən yeməkdən imtina edir, sürətlə arıqlayırdı. Dahi yazıçının ölümünün əsas səbəbi də hədsiz arıqlamağı olub.

 

Mixail Lermontov

КириÐ

Şairin özündən sonra qoyduğu ədəbi irsi olduqca zəngindir. Buna baxmayaraq, onun psixoloji və emosional durumu heç vaxt sabit olmayıb. Bu isə Mixailə irsən ötürülüb. Sirr deyil ki, şairin babası da daim dərin depressiyadan əziyyət çəkib və intihar edərək dünyasını dəyişib. Anası yüksək dərəcəli nevrozdan yaxa qurtara bilmirdi, atası isə əyləncəyə və qumara meylli idi. Mənbələrə görə, atasının anası da kifayət qədər qəddar və hökmranlıq etməyi sevən qadın olub.

Mixail xəsislik etmədən hər valideynin ən qabarıq cəhətini özündə cəmləmişdi. O, dərin depresiyyadan əziyyət çəkir, özünü dəyərsiz hesab edirdi. Lermontov eyni anda qəddar və mehriban ola bilirdi. Uşaq inadından və kaprizlərindən də dönmürdü.

Qadınları çox sevsə də, əks cinsin nümayəndələri çətin xarakterinə görə ondan uzaq qaçırdılar. Müasirlərinin sözlərinə görə, şairdə şizoid psixopatiyanın əlamətləri də vardı.

 

Vladimir Mayakovski

ВÐ

Mayakovski inqilabın açılan qapağı, şeiriyyatın zirvəsi sayılır. Çağdaş həkimlər bu gün onu psixopat adlandırardılar. Mayakovskinin saysız-hesabsız fobiyaları vardı. Ən əsası isə atası kimi qan xəstəliyindən ölməkdən qorxurdu. Tez-tez əllərini yuyur, cibində yod gəzdirirdi. Hətta qapının dəstəyi belə Vladimir üçün böyük təhlükə idi. Odur ki, dəstəyə toxunmaq üçün əlində həmişə kağız gəzdirərdi. Bundan başqa daim ətrafındakıları təhdid edirmiş kimi özünü öldürəcəyindən danışırdı. Nəhayət, 1930-cu il 14 aprel tarixində Mayakovski intihar edir.

Ümumiyyətlə, insanların psixoloji və psixi problemləri uşaqlıq qorxuları ilə bilavasitə bağlıdır. Tarix boyu bu hala nəinki yaradıcı insanlarda, eləcə də böyük imperiyaların hökmdarlarında da rast gəlinib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir