ÇİZKEYK

Qar kimi ağ çizkeyk – RESEPT

Baxış sayı: 1. 569

Çizkeykin hazırlanma qaydasını təqdim edirik

Tərkibi:

əsas:

110 q biskvit peçenyesi (məsələn, savoyardi)
60 q yağ

iç:

300 q “Filadelfiya” qaymaqlı pendiri
300 q kəsmik
100 q şəkər tozu
10 q vanilli şəkər
3 yumurta
150 q xama

üzərinə: 

150 q 42%-li qaymaq
80 q şəkər tozu
1 ç.q. jelatin
30 q su

Peçenyeni xırdalayın. Yumşaldılmış kərə yağı ilə ovuntuq halına düşənədək qarışdırın.

Kənarı açılan 21,5 sm diametrli qabın içinə perqament döşəyin. Xəmiri nazik qatla yayın, üstündən əlinizlə basın.

160 dərəcə qızdırılmış sobada 12 dəqiqə bişirin.

Kəsmik, qaymaqlı pendir, şəkər tozu, vanilli şəkər, yumurta və xamanı 10-15 dəqiqə müddətində çalın. Mikserin sürətini aşağı edərək də çala bilərsiniz, əsas odur ki, hava qabarcıqları yaranmasın.

İçində biskvit olan formanın xaricinə ikiqat folqa bürüyün, daha böyük formanın içinə qoyun. Biskvitin üzərinə kəsmikli qarışığı tökün. Böyük formanın 2/3-nə çatacaq qədər qaynar su tökün.

Çizkeyki bu formada (içində su olan qabın içində başqa bir qab) 160 dərəcə qızdırılmış sobada təxminən 60 dəqiqə bişirin.

Hazır çizkeykin ortası titrəməli, üzəri bəyaz qalmalıdır.

Bişmiş çizkeyki söndürülmüş sobada tam soyuyanadək, sonra soyuducuda 8 saat (ən yaxşısı bir gecə) saxlayın.

Üzəri üçün xamanı şəkər tozu ilə çalın, qaynar suda əridilmiş jelatin əlavə edin.

Xamalı kremi çizkeykin üzərinə çəkin, hamarlayın. Soyuducuya qoyub bir qədər bərkiməsini gözləyin.

Zövqə görə bəzəyin.  /milli.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir