Qara ciyərin sağlamlığını qorumaq üçün sadə məsləhətlər

Baxış sayı: 1. 619

İnsan orqanizmi unikal və çox davamlıdır. Həkimlər tez-tez təkrar edir ki, qocalığa kimi sağlamlığını qorumaq heç də çətin iş deyil.

İnsan orqanizmi özü özünü bərpa etmək qabiliyyətinə malikdir.

Qara ciyər ən davamlı orqanlardan biridir. Lakin buna baxmayaraq ildən ilə qara ciyər xəstəliklərinin sayı artır. Əksər hallarda bunun səbəbi insanın öz sağlamlığına qarşı düzgün olmayan münasibətdir.

Qara ciyəri sağlam saxlamaq üçün bu sadə qaydalara əməl edin:

– Təbii sağlam qidalara üstünlük verin. Müxtəlf fast-fud, souslar, ketçuplar, marqarin, çipsi, dükanlarda satılan və kimyəvi maddələrlə bol-bol doldurulmuş müxtəlif peçenyelər, vaflilər, pirojnaların və s. kimi qidaların daim qəbulu qara ciyərin sağlamlığına ciddi ziyan vurur. Məsələ burasındadır ki, bu qidaların tərkibində olan ziyanlı kimyəvi maddələr məhz qara ciyərdə zərərsizləşdirir. Nəticədə qara ciyər lazım olandan artıq yüklənir ki, bu da pozulmalara təkan verə bilər.

Sağlam qara ciyər üçün heç bir xüsusi pəhriz tələb olunmur. Adi qaydada qidalanmaq lazımdır. Qidalanmanızda ət, kərə və bitki yağları, meyvə-tərəvəz, yarmalar, yumurta, süd məhsulları olmalıdır. Bəzən eşitmək olur ki, yağlı qidalar qara ciyər üçün ziyanlıdır. Bəli, həddən artıq miqdarda qəbul olunduqda, yağlı qidalar tək qara ciyərə dəyil, bütün orqan və sistemlərə ziyan vurur. Lakin yağlardan tam imtina etmək də çox ziyanlıdır.

Daha az-az və daha tez-tez yeməyə çalışın. Artıq çəki yığmayın – bu qara ciyərin sağlamlığı üçün çox ziyanlıdır.

– Spirtli içkilər qara ciyərin əsas düşmənləridir. Spirtli içkilər qara ciyərə toksiki təsir edir, sadə dildə desək, qara ciyəri və həmçinin bütün orqanizmi zəhərləyir.

– İstənilən dərman preparatların qəbulu (xüsusilə bu uzun müddət ərzində baş verirsə)  qara ciyərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən başınız və ya dişiniz ağrayanda, dərhal həb qəbul etməyə tələsməyin. Ağrıları təbii, dərmansız üsullarla da azaltmaq mümkündür.

Həkimlə məsləhətləşmədən heç bir dərman (hətta ziyansıs hesab etdiyimiz vitaminləri, tərkibində bitkilər olan preparatları və s.) qəbul etməyin. Yadınızda saxlayın – sağlam insana dərman tələb olunmur! Artıq bütün dünyada həkimlər belə nəticəyə qəlirlər ki, profilaktik məqsədi ilə qəbul olunan dərmanların bir çox hissəsi insanın sağlamlığına xeyirdən çox, ziyan vurur. Dərmanlar qara ciyərdə parçalanır və bu səbəbdən ilk növbədə bu halda məhz qara ciyər əziyyət çəkir.

Nəzərinizə çatdıraq ki, hətta otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

– Qara ciyər (bütün digər orqanlar kimi) hərəkət sevir. Hərəkət zamanı qan dövranı yaxşılaşır, mübadilə prosesləri sürətlənir. Bu isə orqanizmdə durğun proseslərin profilaktikasıdır. Belə proseslər isə bir çox pozulmaların inkişafına təkan verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir