deb

Qara donları yayda necə kombin etməli?

Baxış sayı: 1. 622

Bütün xalqların və zamanların klassikasına çevrilmiş qara don dəbdən heç vaxt düşməyəcək. Dizaynerlər də öz növbəsində modapərəstlər üçün hər il fərqli-fərqli fasonlar təqdim edir. Məsələn bu mövsüm gecə pijamasını xatırladan, ipli qara donlar çox aktualdır. Onları qeyri-adi ayaqqabı və aksessuarlarla birləşdirmək, həmçinin toplarla uyğunlaşdırmaq tövsiyə olunur.

Qara donları adatən qonaqlığa və ya hər hansı görüşə gedərkən dadımıza çatır. Lakin müasir modapərəstlər və stilsitlər onları ağ kedlər, loferlər, sliponlar və beletka kimi rahat ayaqqabılarla uzlaşdırıb gündəlikdə də istifadə etməyi tövyə edir.

1. Futlyar-donu əsas geyim kimi istifadə edirik və futbolkayla onu tamamlayırıq.

2. Açıq çiyinlər indiyədək olduqca aktual trend olaraq qalır. Odur ki, bu cür sarafanlar sizin qarderobunuza mütləq daxil olmalıdır. Şlyapanın və səndəllərin köməyi ilə siz yüngül zərif obrazı yarada bilərsiniz.

3. Məxmər və şəffaf tül bir-biri üçün yaradılıb. Tamamilə qaraya bürünməkdən çəkinin. Qırmızı tuflilər bu paltarın ideal tamamlayıcısı olacaq.

4. Önü düyməli, düz kəsimli donlar loferlərlə birləşərək sahibinə intellektual görkəm bəxş edəcək. Onu parlaq çanta və iri sırğalarla tamamlayın.

5. Və sport şıqlıq! Atlas parçadan olan ipli donu cins gödəkcə və başmaqlarla uyğunlaşdıraraq rahat yay dəsti yaradın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir