geyim

Qara donu şıq axşam libasına necə çevirmək olar? – DƏB HİYLƏLƏRİ

Baxış sayı: 287

Dəbdə də kimya, ədəbiyyat və digər ciddi elmlər kimi Nobel mükafatları təqdim olunsaydı, birinci onu Koko Şanel öz balaca qara donuna görə alardı. Klassikaya çevrilmiş qara paltarı əfsanəvi madmazel 91 il əvvəl dəbə gətirib, lakin onun əhəmiyyətini hətta bir əsr sonra da yenidən qiymətləndirmək çətindir. Qara qısa donlar toya və dəvətə gedən qadınları “Görəsən, nə geyimin?” sualından xilas edən universal, hər şeylə uyğunlaşan çox rahat geyimdir. Dəbin şıltaqlıqlarına baxmayaraq qadınlar bütün dövrlərdə bu geyimə müraciət edib. Onlar indi də müasir modapərəstlərin diqqətdən kənarda qalmır.

Yeni il ab-havası maksimum parıltı tələb etsə də, qara paltar bayram üçün əla variant olacaq. Siz bu geyimi nəinki bir dəfə Yeni İl gecəsinə, başqa mühüm tədbirlərə də dəfələrlə istifadə edə bilərsiniz. Onu aksessuarların köməyi ilə həm təmtəraqlı bayram dəstinə, həm də sadə kokteyl paltarına çevirmək olar.

“Gencaile.az” “Publika.az”-a istinadən oxucular üçün qara paltarın ən aktual modellərini və onları düzgün kombin yollarını izah edən on nümunə təqdim edir.

 

Nağılvari obraz

Bu paltarın özü kifayət qədər bəzədilib, odur ki, ona hansısa parlaq bəzək əşyaları əlavə etməyə dəyməz. Paltarın dekorunu klatçla tamamlamaq olar, həmçinin naxışların rənginə diqqət yetirin: Onlar sizi düzgün istiqamətə yönləndirib uğurlu ayaqqabı, çanta və bəzək əşyaları seçməkdə kömək edəcək.

 

Seksual obraz

Belə smokinq-paltarla dikdaban ayaqqabılar seksual assosiasiya doğurur. Qızılı klatç başqası ilə tam əvəz edilə bilər. Bununla yanaşı qeyd etmək lazımdır ki, balansın qorunması üçün digər bəzək əşyaları çantayla uzlaşmalıdır. Odur ki, bayrama hazırlaşanda bu kimi vacib detalları əvvəlcədən fikirləşin.

 

Sevimli obraz

Xəbər verdiyimiz kimi işləmə və tikmələr mövsümün əsas trendlərindən biridir. Onun üzərindəki rənglər sizə kömək edəcək ki, ayaqqabı, çanta və aksessuar seçimi səhvsiz olsun. Lakin həddi keçməyin.

 

Klassik obraz

Bu qara paltarın V yaxa kəsimi icazə verir ki, ona gözəçarpan boyunbağı əlavə edəsiniz. Üç və ya dörd il əvvəl iri bijuteriyalar öz populyarlığının zirvəsində idi. Təəssüf ki, o, bu mövsümdə əvvəlki kimi aktual deyil, ona görə də çox da böyük olmayan, amma parlaq daşlı boyunbağı seçin. Bəzək əşyaları ilə eyni çalarlarda olan neytral rəngli stiletto ilə klatç obrazın əla tamamlayıcısı olacaq.

 

Qeyri-adi obraz

Bu qeyri-adi obraz özlüyündə kifayət qədər uğurludur. Paltarın yaxasındakı dekorla, çantadakı naxış təbiət motivlərinin əsk etdirir. Qırmızı dikdaban və dəyirmi qızılı sırğa dəstin ekssentrikliyini dəstəkləməyə kömək edəcək.

 

Zərif obraz

Qolu zınqırov şəklində olan paltarı köhnə Hollivud stilinə çevirmək asandır: sırğa və parlaq aksessuarlar bu obrazı başa vurmağa kömək edəcək. Ətəyində xəz haşiyə olmaya da bilər, amma onu bəzəklərlə həddən artıq yükləmək olmaz. Çünki geniş qolları onsuz da diqqət çəkir.

 

Detallara diqqət

Bu sadə paltarı isə əksinə, maksimum təsir bağışlayan aksessuarlarla tamamlayın. Orijinal klatç və retro stilində qızılı ayaqqabı paltarla əla uzalaşacaq. Obrazı sadə sırğalarla tamamlamaq olar.

 

Rəngli

Önlüyün imitasiyası olan bu paltarı parlaq aksessuarlarsız təsəvvür etmək olmur. Odur ki, ona cəsarətlə parlaq detallı klatç və onun üstündəki rənglərdə ayaqqabı ilə bəzək əşyaları əlavə edin. Boyunbağı və qolbaqlar belə fasonla qəribə təsir bağışlayacaq, odur ki, sırğanı kiçik seçin.

 

Ciddi, amma müasir obraz

Bu paltarın qolundakı kəsiklər onu daha cəlbedici edir. Obrazı boyunbağı və ya və üçkünc sırğa ilə tamamlamaq olar. Yığcam klatçla klassik qara stilettolar isə ümumi görüntüyə çox yaraşır.

 

Retrosayağı obraz

Retro pərəstişkarları krujeva donu cəsarətlə qadın qarderobunun əbədi klassikası sayılan mirvariylə zənginləşdirə bilər. Bəzək seçəndə müasir modellərə diqqət yetirin: Sapa düzülmüş mirvari retro tərzinin imitasiyası və müasir olmayan versiyası olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir