qaragat

Qara qarağat mürəbbəsini belə hazırlayın

Baxış sayı: 1. 061

Yay ayları mürəbbələrin hazırlanması üçün ideal vaxtdır. Meyvələrin çoxluğu müxtəlif cür mürəbbələrin hazırlanması üçün yaxşı imkan yaradır. Bu dəfə sizə qara qarağatın hazırlanma qaydasından bəhs edəcəyik.

 

Qara qarağat mürəbbəsinin tərkibi:

1 kiloqram qara qarağat

1,5 kiloqram şəkər tozu.

 

Hazırlanma qaydası:

Qara qarağat təmizlənir, yuyulur. Mətbəx qayçısından istifadə etmək lazımdır ki, ucundakı qara hissələri tez təmizləyəsiniz. Qaynayan suyu üzərinə töküb süzürsünüz. Sonra giləmeyvələri qaba töküb, blenderlə əzir və üzərinə şəkər tozu əlavə edirik.1 dəqiqə blenderlə, sonra isə qaşıq ilə qarışdırırıq. 10 dəqiqə kənarda qalır, sonra yenidən 1 dəqiqə blenderlə, daha sonra qaşıqla qarışdırıb hazır olduğunu görəndə mürəbbəni təmiz quru bankalara doldurun.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir