kismis

Qaraciyər xəstəliklərinin DƏRMANI: Sadəcə 1 ovuc…

Baxış sayı: 1. 066

Xüsusi üzüm növündən hazırlanan kişmiş orqanizm üçün çox faydalıdır. Belə ki, bu çərəz qaraciyəri təmizləyir, onun fəaliyyətini yaxşılaşdırır, durğunluq proseslərini azaldır.

Həmçinin bağırsaqların də fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, bağırsaqlarda yığılan ziyanlı maddələrin xaric olunmasını sürətləndirir.

Qaraciyərin və bağırsaqların kişmişlə təmizlənməsi ən effektli üsullardan biri sayılır.

1 ovuc kişmişi yaxşı təmizləyirik, yuyuruq və səhərdən növbəti günün səhərinə kimi (1 gün ərzində) 1 stəkan ilıq qaynanmış suda isladıb otaq temperaturunda saxlayırıq. Səhər acqarına suyu içirik və kişmişi yeyirik. Daha sonra sağ böyür altına isti qrelka qoyub 1 saat ərzində uzanırıq. (Öd daşı xəstəliyindən əziyyət çəkən insanlar üçün bu üsul uyğun gəlmir.)

Bu proseduru həftədə 3 dəfə etmək lazımdır. Müalicə kursu – 1 ay. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrar edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir