xestelikler

Qaraciyərin zəhərlə dolu olduğunu göstərən əlamətlər

Baxış sayı: 1. 253

Qaraciyər beynimizdən sonra orqanizmin ən ağır orqanlarından biridir. Bədəndə yığılan qlükoza və müxtəlif toksinləri təmizləmək qaraciyərin əsas funksiyasıdır. Odur ki, qaraciyər sağlamlığına xüsusilə diqqət etmək lazımdır. Balanslı qidalanmaq, siqaretdən uzaq durmaq qaraciyər zəhərlənməsinin qarşısını alan ən mühüm addımlardandır.

Qaraciyər zəhərlənməyə başlayanda orqanizminizdə müəyyən əlamətlər verməyə başlayır. Bu isə ciddi fəsadlara gətirib çıxara bilər.

“Gencaile.az” “Publika.az”-a istinadən oxucuları qaraciyərin zəhərlənməsini göstərən əlamətlərlə tanış edir.

 

Saralmış dəri

Əllərdə, gözlərfə, dəridə və dırnaqlarda olan sarılığın səbəbi öd piqmentinin orqanizmdə toplanmasıdır. Qaraciyər düzgün işləmədikdə bədəndə yığılan bu zəhərli maddələri xaric edə bilmir. Bu da qaraciyərin zəhərlənməsi və dəri rəbginin solğunlaşması ilə nəticələnir.

Sidik və ifrazatda meydana gələn rəng dəyişiklikləri

Sidiyin normaldan daha açıq və tünd, o cümlədən ifrazatın normaldan daha açıq və ya tünd olması qaraciyər zəhərlənməsini bildirir. Bu səbəblə ifrazat və sidik rəngində dəyişiklik müşahidə etdikdə mütləq həkimə müraciət edin.

Dəri həssaslığı və qaşıntı

Dərinizdə sanki nə isə gəzdiyini hiss edir və onu qaşımaq istəyirsinizsə, bu əlamət qaraciyərin kifayət qədər işləmədiyini və toksin maddələrin çox yığıldığını bildirir.

İshal

Yeməkdən sonra halnız pisləşir və dərhal tualetə getmə ehtiyacı hiss edirsinizsə, bu, qaraciyər zəhərlənməsini bildirir. Xüsusilə tez-tez ishal olmaq maye itkisinə işarə edir.

Qaraciyər yağlanmasına qarşı cəfəri cövhəri

Qeyri-sağlam qidalanma nəticəsində yaranan qaraciyər yağlanması isə ürək-damar xəstəliklərinin riskini artırır. Eyni zamanda qaraciyər yağlanması dəridə səpki, mədədə şişkinlik və mədə pozğunluğu, gözlərdə qızartı və qaşın, babasil, yaddaşının zəifləməsi, pis ağız qoxusu kimi problemlər yarad




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir