toy

Qardaşın toyunu bacı pozdu – FOTO

Baxış sayı: 1. 997

Milli.Az The Mirror-a istinadən bildirir ki, Devidin sevgilisi, 28 yaşlı Sandra Hardi ilə evlənməsini Enn istəmirdi. Çünki Sandranın dediyinə görə, toydan sonra Enn və Devidin xəstə anasına, yəni qaynanasına qulluq etmək, ona baxmaq istəmirdi.

“Gələcək qaynanama baxmaq istəmirəm və bu, qəti qərarımdır” deyən Sandranın bu sözlərindən sonra Enn Daffi qardaşının “belə cadugər, ifritə” ilə evlənməsinə mane olmaq qərarına gəlib.

O, qardaşının Sandra ilə nikahına 20 gün qalmış bələdiyyəyə zəng vuraraq özünü Sandra Hardi kimi təqdim edib: “Bağışlayın, amma nikah və toy fikrindən vaz keçdik”, – deyib.

Bundan sonra Enn qardaşı Devidə zəng vuraraq deyib: “Sevinə bilərsən, əziz qardaşım. Səni boşanmaq əzabından qurtardım. Toyunu ləğv etdim”.

Baş verənləri anlayanda Devid çılğına dönüb və bacısından polisə şikayətlənib.

Devid Qretreks şikayətini geri götürməzsə, bacısı Enn saxtakarlıqda suçlanaraq həbsxanaya atıla bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir