kokelmek

Qarındakı piyləri əritməyin sağlam yolları

Baxış sayı: 838

Vəziyyət elə gətirib ki, az qala hər iki nəfərdən biri piylənmədən əziyyət çəkir. Xüsusilə də qarın nahiyəsindəki piylənmədən əziyyət çəkənlərin sayı günü-gündən artmaqdadır. Demək olar ki, hamımızın işi kompüter arxasında, həftənin 5 günü azı 6 saat oturaq vəziyyətdə, qalan vaxt isə telefonla və ya kompüter qarşısında sevimli seriallara baxmaqla keçir.

İşlədiyimiz və dincəldiyimiz vaxtlarda içdiyimiz qazlı içkilər, çayla içdiyimiz peçenye və konfetlər, şirin eləyib içdiyimiz çay və kofe, yediyimiz çipsilər və şokoladlı şirniyyatlar, üstəlik çöldən sifariş olunan hazır yeməkləri də əlavə etsək, acınacaqlı mənzərə ortaya çıxır.

Qarın piylənməsindən əziyyət çəkənlərin ən çox istədiyi şey qısa vaxtda piylərdən qurtulmaqdır. Ancaq qarın sadəcə nəticədir. Həyat tərzimizin və qidalanmamızın nəticəsidir. Bütün problemlərdə olduğu kimi səbəbi aradan qaldırmadan nəticəni aradan qaldırmağa çalışdığımız üçün çox vaxt nəticə də qısa müddətli olur.

Ona görə də ilk olaraq bundan başlayaq: “Qarın nahiyəsi niyə piylənir?”

Qidalanma və qarın piylənməsi

qidalanma və qarın piylənməsi

Əsas səbəb təbii ki, qidalanmadır. Qidalanma dedikdə yalnız nə yediyimiz deyil, nə qədər yediyimiz və necə yediyimizdən çox şey asılıdır.

İlk olaraq sürətlə piy toplayan qidalara nəzər salaq, bunun üçün onların tərkibinə baxmaq kifayətdir. Əgər aldığınız və ya sifariş etdiyiniz hər hansı qidanın tərkibində şəkər və nişasta (kraxmal) varsa, bu sürətlə piytoplayan qida sayılır.

Bu qidalara daxildir: şokoladlı konfetlər, peçenye, şirin, qazlı və spirtli içkilər, çipsilər, bütün “fast food” növləri, kolbasa və sosislər, dondurma, mürəbbə və cemlər, tərkibi şəkər və nişasta olan bütün səhər yeməkləri, tərkibi tam buğda unu olmayan çörək və bütün un məmulatları, həmçinin makaron, spagetti və s.

fast-food qidalar

Nəzərə alsaq ki, əksəriyyətimizin normal iş günü və tətil günləri məhz bu qidaları yeməklə keçir, piylənmənin səbəbi məlum olur.

Nə yediyimizdən əlavə, necə yediyimizə də diqqət etməliyik. Belə ki, əgər siz hər yeməklə hər hansı bir içki və ya su içirsinizsə, yeməkdən dərhal sonra çay və ya kofe içirsinizsə, yemək aralarında çayı şirniyyatla içib, üstündən də meyvə və digər qidaları hər gün qəbul edirsinizsə piylərdən qurtulmaq çətin olacaq.

Nəyə görə? Çünki gündə 2-3 dəfə qidalanmalı olan bədən 6-7 dəfə və daha çox qida qəbul etmiş olur. Kiçik bir peçenye sizin üçün qida sayılmaya bilər, amma bədənimiz üçün qidadır. Hər qida qəbulunda tərkibindən asılı olaraq qanımızdakı şəkərin miqdarı qalxır. Davamlı olaraq hər saat yediyimiz qidalar qanda şəkərin miqdarının davamlı olaraq yüksəkdə qalmasına səbəb olur. Qanda yüksək şəkər isə piylənmə deməkdir. Bütün bu vərdişlər siz hətta çox yeməsəniz belə piylənməyə səbəb olur.

Hərəkətsizlik və qarın piyləri

hərəkətsizlik və qarın piyləri

Hərəkətsizlik və oturaq həyat tərzi piylənmənin digər əsas səbəblərindən biridir. Hipodinamiya adlanan bu vəziyyəti hazırda çoxumuz normal qəbul edib yaşayırıq, xəstələnib həkim bizə: “Hərəkət etmək lazımdır!” deyən günə kimi.

Hərəkətsizlikdən ən çox əziyyət çəkənlər günün çox hissəsini oturaq şəkildə keçirən ofis işçiləridir. Saatlarla hərəkət etmədən oturmaq bütün günü yediklərimizin enerjiyə çevrilməsinə imkan vermir. Belə ki, qida bizə enerji almaq üçün lazımdır, lakin biz yeyib saatlarla otururuqsa, bu zaman enerjiyə sərf olunmalı qida piy şəklində bədənimizdə toplanır.

hərəkətsizlik

Bundan başqa, bütün günü oturaq həyat tərzi keçirən insanlarda hərəkət edən insanlarla müqayisədə əzələ tonusu aşağı olur. Tonusun aşağı olması isə ruh düşkünlüyü, hətta depressiyaya gətirib çıxarır. Bütün bunlar emosional aclığa səbəb olur ki, nəticədə hərəkətsiz insan daha çox yeyir, daha çox yemək istəyir və vəziyyət daha da qəlizləşir.

depressiv ofis işçisi

Qarın piylənməsinin riskləri nələrdir?

qarın piylənməsinin riskləri

Qarındakı piylənmə yalnız estetik problem deyil, həm də gələcəkdə xəstəliklərin yaranması üçün əla şəraitdir. Belə ki, müasir dövrün ən yayılmış və təhlükəli xəstəlikləri olan şəkərli diabet, yüksək təzyiq və sonsuzluğun əsas səbəblərindən biri məhz piylənmədir.

Qarındakı piylərdən necə qurtulmaq olar?

qarındakı piylərdən necə qurtulmaq olar

İlk növbədə qida rejimimizi düzəltməklə. Yuxarıda qeyd olunan qidaları minimuma salıb əvəzinə sağlam qidaları əlavə etmək ilk iş olmalıdır.

İkinci vacib məqam həyatınıza hərəkət qatmaq olmalıdır. Bunun üçün evdə olduğunuz vaxtlarda televizor, telefon və kompüter qarşısında oturmaq deyil, daha çox hərəkətdə olmaq məsləhətdir.

yürüyüş

İşdə olduğunuz müddətdə isə yeni vərdişlər yaratmalısınız. Belə ki, işə bir neçə dayanacaq çatmış düşüb piyada gəzməyi və yemək saatlarından istifadə edib havada yürüyüş etmək piylərdən qurtulmağa çox kömək edəcək. Unutmayın ki, yediklərinizin piyə çevrilməməsinin yeganə yolu hərəkətdir.

hərəkətli yürüyüş

Gündəlik olaraq minimum 10 000 addım atmağı vərdiş halına gətirməlisiniz. İdman etməsəniz belə hər gün 10 000 addım atsanız, bir ay ərzində qarnınızın necə kiçildiyini görəcəksiniz.

Qarın piylərini aradan qaldırmaqla bağlı doğru bilinən yanlışlardan biri pres etməkdir. Pres edərək qarını kiçiltmək mümkün deyil, bu sadəcə mifdir.

(“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir