idman

Qarındakı yağları 14 gündə əridən 3 hərəkət

Baxış sayı: 1. 721

Yəqin ki, xanımların ən çox mübarizə apardığı problem məhz qarındakı artıq piy qatıdır. Təqdim etdiyimiz hərəkətləri mütəmadi olaraq etsəniz 14 gün ərzində düm- düz qarına sahib ola bilərsiniz.

Kəpənək vəziyyəti

Beli üstə uzanın, ayaqlarınızı dabandan birləşdirin. Dizlərinizi çölə doğru qoyun, bükülü şəkildə olsun. Əllərinizi isə dirsəklərinizin qulaqlarınıza paralel şəkildə olması şərtilə başınızın arxasında birləşdirin. Belə halda dayandığınızda qarın əzələləriniz sıxlaşacaq. Sinədən qıçlarınıza doğru qalxaraq nəfəs verin və sonra nəfəs alaraq başlanğıc vəziyyətə qayıdın. Bu hərəkəti 10 dəfə təkrarlayın.

Önə doğru plank

Dörd ayaq veziyyeti alın, qarın əzələlərinizi geriyə sıxa bildiyiniz qədər sıxın. Ayaqlarınızı arxaya doğru uzadın, dirsəklərinizin üzərində durun. Ağırlığınızı ayaqlarınızın uclarına verin. Boynunuzu rahat, qıçlarınızı yuxarıda, belinizi isə düz saxlayın. Bu vəziyyəti 3 saniyəyə qədər davam etdirin və sonra rahatlayın. 10 dəfə təkrarlayın.

Qayçı hərəkəti

Yenə beli üstə uzanın, əllərinizi başınızın arxasına qoyun. Sol dizinizi yuxarı doğru qaldırın və sağ dirsəyinizin qapağına gətirin. Bunu edərkən qarın əzələlərinizin sıxlaşdığını hiss edəcəksiniz. Başlanğıc vəziyyətə dönün və sağ diz, sol dirsəklə eyni hərəkəti edin. Hər iki tərəflə 15 dəfə təkrarlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir