tort

Qarlı Praqa tortu necə hazırlanır? – ŞİRİN SÜFRƏ

Baxış sayı: 475

“Gencaile.az” saytının instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən oxucularına  təqdim etdiyi “Şirin süfrə” rubrikasında bu gün sizə qarlı Praqa tortunun hazırlanma qaydasından bəhs edəcəyik.

 

Lazım olan ərzaqlar

4 ədəd yumurta

2 stəkan şəkər tozu

400 q xama

400 q qatılaşdırılmış süd

1 çay qayığı soda

3 stəkan un

 

Krem üçün

4 ədəd yumurtanın sarısı

500 ml süd

1 stəkan şəkər tozu

2 yemək qaşığı un

2 yemək qaşığı nişasta

100 q kərə yağı

1 ədəd vanil

albalı cemi

 

Qlazur üçün

200 q qara şokolad

100 ml süd

100 q kərə yağı

 praqa tortu

Bəzək üçün

beze

kokos yonqarı

şəkərli muncuqlar

 

Hazırlanma qaydası

Korjların hazırlanması

Yumurtaları şəkər tozu və xama ilə çalın. Qatılaşdırılmış süd və limon şirəsinə soda əlavə edin. Un əlavə edib yaxşıca qarışdırın. Xəmiri iki yerə bölün. 180-200 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.

 

Kremin hazırlanması

Yumurta sarılarını şəkər tozu ilə çalın. Un və nişastanı əlavə edib lopa qalmasın deyə yaxşıca çalın. Südü qızdırın və içərisinə yumurta-un qarışığını əlavə edin. Vam odda daim qarışdıraraq bişirin. Qatılaşanda, üzərində iri qabarcıqlar əmələ gəlib vulkan kimi partlayanda götürün. Soyudun, vanil və yumşaldılmış kərə yağı əlavə edib çalın. Korjları iki yerə bölün. Hər 4 korja bolluca krem çəkib üst-üstə yığın. Otaq temperaturunda 2 saat saxlayın. Bir gecə soyuducuda saxlayın. Səhəri gün tortun kənarlarını bıçaqla kəsib hamarlayın. Albalı cemini qızdırın, tortun üstünə və kənarlarına çəkin

 

Qlazurun hazırlanması

Südü qızdırıb içində şokoladla yağı əridin. Tortun hər tərəfinə qlazur çəkin. Üzərini beze, kokos yonqarı və şəkərli muncuqlarla bəzəyin.

Nuş olsun!

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir