qarpiz

Qarpız mürəbbəsi necə hazırlanır?

Baxış sayı: 203

Yay meyvələri ilə bir-birindən ləzzətli təamlar hazırlamaq mümkündür. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə bəlkə də çoxlarının bilmədiyi qarpız mürəbbəsinin reseptini verəcəyik. Süfrənizin bəzəyinə çevriləcək bu mürəbbəni hazırlamaq elə də çətin deyil.

 

Lazım olam ərzaqlar:

1 kq. – qarpız qabığı

1,2 kq. – şəkər tozu

Mixək və ya vanil

Limon turşusu və ya yarım limon

Qeyd: qarpız mürəbbəsi üçün qalın qabıq qarpız növləri götürülür.

 

Hazırlanması:

Qarpız qabığının xaricindəki yaşıl hissələrini soyun. İç tərəfindəki qırmızı qisimlərini çıxarın.

Qabıqları arzu etdiyiniz şəkildə doğrayın və geniş bir qazana tökün. Üzərinə 3 xörək qaşığı soda və 2 litr su qarışımını boşaldıb, 1 gecə bu şəkildə saxlayın.

Qabıqları sodalı sudan çıxarıb yaxşıca yuyun. Yuduqdan sonra qazana qoyub üzərini keçəcək qədər su əlavə edin. 15-20 dəqiqə qaynadın və süzün.

Bir başqa qazana şəkər tozu və 2 su stəkanı su töküb qaynadın. Qaynadıqdan sonra, qaynadılmış qarpız qabıqları, mixək və vanili əlavə edib qabıqlar yaxşıca yumşalıncaya qədər bişirin.

Mürəbbənin şirəsi qatılaşanda üzərinə yarım ədəd limon suyunu əlavə edin və 3-5 dəqiqə daha qaynadın.

Daha sonra ocağın altını söndürün.

Qarpız mürəbbəsini ilıq olaraq qablara boşaldın və soyuyanda qapağını möhkəm bağlayın.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir