qarpiz

Qarpız yeyək-yeməyək və gündə nə qədər?

Baxış sayı: 441

Artıq bir aydan çoxdur ki, ölkədə qarpız-yemiş məhsulu satışa çıxarılıb. Adı çəkilən məhsulların qiyməti ötən illərə nisbətdə sərfəli olduğu üçün alıcılıq qabiliyyəti də yüksəkdir.

Lakin məlumdur ki, adətən qarpız-yemişin əsl mövsümü iyul ayının sonları, avqustun əvvəlindən başlayır. İndi satışa çıxarılan qarpız-yemiş adətən mineral gübrənin köməyi ilə yetişir.

Bəs bu cür qarpız-yemişin insan sağlamlığı üçün bir zərəri varmı? Uşaqlara indiki vaxtda qarpız-yemiş vermək olarmı? Gün ərzində nə qədər qarpız-yemiş qəbul etmək lazımdır?

Dietoloq Leyla Zülfüqarlı: “Ətrafımı düşünən və insansevər biriyəm” » www.ADEKVAT.AZ

Mövzu ilə bağlı pəhriz haqda kitabların müəllifi, tanınmış həkim-dietoloq Leyla Zülfüqarlı qeyd edir ki, hər mövsümdə bəzi qidalar var həddən çox yeyilir ki, bu məsələdə diqqətli olmaq lazımdır: “Qarpızda insulin, şəkər faizi yuxarı olur. Buna görə də onun, həmçinin yemişin dozasına diqqət etmək lazımdır. Lakin məlum məsələdir ki, indiki zamanda qarpız yemiş tərkibinə vurulan nitratların sayəsində yetişib. Bu nitratlar orqanizm üçün ziyanlıdır. Ona görə də həmin məhsulların ölçüsü, dozası var. Ölçüsünə gəldikdə, bu ölçü gün ərzində böyüklər üçün 2 dilim, kiçiklər üçün isə bir dilimdir. Həmçinin bu ölçü yemişdə də aiddir. Hər iki məhsul orqanizm üçün çox faydalıdır, kifayət qədər vitaminləri, elementləri var.

Tez-tez eşidirik ki, qarpız sidikqovucudur. Bəli, belədir, amma ölçüsünə diqqət etməliyik. Məsələn, gün ərzində heç bir yemək qəbul etmədən qarpız yemək sidikqocuvu olsa da, kilonu artıra bilər. Bu baxımdan mütləq şəkildə dozaya diqqət etməliyik”.

Oxu.az - Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin hüququnun pozulmasıdır” - VİDEO

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da qeyd edib ki, indi satışa çıxarılan qarpız və yemiş məhsullarının tərkibində həddən artıq nitrat olduğu üçün əhali çox diqqətli olmalıdır: “Qarpız-yemiş yetişdirən şəxslər məhsulun böyük olması üçün çoxsaylı gübrələrdən istifadə edir. Təmiz, gübrəsiz qarpızın çəkisi  5 kiloqramdan çox olmamalıdır. Qurumumuz illərdir ki, bu sahədə monitorinqlər aparır. Təəssüf olsun ki, hətta mövsüm vaxtı belə istifadə olunan gübrələrin normadan artıq olması ilə qarşılaşırıq. Əhali bilməlidir ki, indi  qarpız və yemişin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitratsız qarpız tünd qırmızı rəngdə olur və qabığının qalınlığı yarım sm-dən artıq olmur, bıçağı vuran kimi partlayır. Adətən böyük qarpızlar tərkibində çox nitratı olanlardır”.

“Hazırda marketlərdə satılan qarpız və yemişdən ən çox hamilə qadınlar və uşaqlar uzaq durmalıdır. Bu onların həyatı üçün böyük risk yaradır”.

Vaqif Qarayev - E-tibb.az

Bu sözləri isə bölüşən tanınmış pediatr Vaqif Qarayev bizim.media saytına açıqlamasında deyib. Pediatr qeyd edib ki, mövsümündən əvvəl satışa çıxarılan bostan bitkiləri hər kəs üçün təhlükə mənbəyidir, ona görə də indiki vaxtda yemiş və qarpızın istehlakı məsləhət deyil: “İndi satışa çıxarılan bostan bitkilərinin GMO olma ehtimalı da böyükdür. GMO məhsulları isə bütün hallarda ziyanlıdır. Ona görə də yaxşı olar ki, nəfsimizi boğaq və mövsümü gözləyək. Əks təqdirdə heç də xoş olmayan sürprizlərlə qarşılaşa bilərik”.

Xatırladaq ki, hazırda satılan qarpızların qəbulu zamanı tez-tez zəhərlənmə halları baş verir. Mütəxəssislər qeyd edir ki, bu cür zəhərlənmə zamanı insanda qəfil halsızlıq, soyuq tər, təzyiqin qəfildən düşməsi kimi hallar müşahidə edilir. Bəzən də olur ki, qarpızdan zəhərlənən şəxsdə zəhərlənmənin fəsadları qalır. Buna görə də qarpızdan zəhərlənən şəxsə dərhal çoxlu maye içirtmək məsləhət görülür. Daha sonra əgər təzyiq düşübsə, onu soyuq tər basıbsa, zərərçəkənin başı aşağı vəziyyətdə qalmasını tənzimləmək lazımdır ki, başına qan getsin. İlkin yardımdan sonra dərhal həkimə müraciət edilməlidir.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir