moloko

Qatılaşdırlımış südü evdə necə hazırlamaq olar?

Baxış sayı: 1. 419

“Сгущенное молоко” yəni “Qatılaşdırılmış süd”ü sevməyən insan tapmaq mümkün deyil. Lakin çox vaxt xanımlarımız satışda olan qatılaşdırılmış südün əvvəlki “squşonka”ların dadını vermədiyindən şikayətlənirlər.

“Gencaile.az”  bir-birindən ləzzətli qatılaşdırılmışsüd reseptini təqdim edir.

 

Tərkibi:

I üsul

· 250 ml süd(3.2% yağlılıq)

· 1,5 stəkan quru süd

· 1,5 stəkan şəkər tozu

· 1 paket vanil

Qabın içində ilıq süd, quru süd və vanili tel çırpıcı ilə qarışdırın. Bu qabı su hamamına qoyun(yəni su qaynayan digər qabın içinə, bir şərtlə ki, su qaba toxunmasın). Aşağı odda kütləni ara-sıra qarışdıraraq, təxmini 1 saat qatılaşanadək su hamamında bişirin. Yarım litr ləzzətli qatılaşdırılmış süd əldə edin.

 

II üsul

· 1 litr süd (3.2% yağlılıq)

· 500 qr şəkər tozu

· yarım stəkan su

Altı qalın qazana şəkər tozu və suyu töküb, bir neçə dəqiqə qaynadaraq, sirop hazırlayın. Südü də əlavə edib, qaynatmağa davam edin. Sonra ocağın dərəcəsini azaldıb, aşağı odda iki saat da qarışdıraraq bişirin. Kütlə gözoxşayan krem rəngi alanda ocaqdan götürüb, soyudun.

 

III üsul

· 500 qr şəkər kirşanı

· 375 qr təzə süd

· 40 qr kərə yağı

 

Südü hündür qazana töküb, şəkər kirşanı və yağı da əlavə edin. Aşağı odda daim qarışdıraraq qaynayanadək bişirin. Sonra 10 dəqiqə də orta odda bişirin. Kütləni bankaya töküb, 1 gecə soyuducuda saxlayın ki, qatılaşsın.

Ümid edirik ki, reseptlərimiz köməyinizə çatacaq.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir