pecenye

Qaymaqlı peçenye necə hazırlanır? – RESEPT

Baxış sayı: 2. 803

Şirniyyat sevənlər sevməyənlərlə müqayisədə çoxluq təşkil edir. Yəqin ki, buna şübhə edən yoxdur. Dadlı təamları sevənlər üçün hər hansı bir şirniyyatın qısa zamanda hazırlanması da az önəm daşımır. Məhz bunu nəzərə alaraq sizə hazırlanması  o qədər də çətin olmayan qaymaqlı peçenyenin reseptini təqdim edirik.

Peçenya xəmiri üçün lazım olanlar:

1 yumurta

1,5 stəkan un (240 qr)

Yarım stəkan kakao (60 qr)

1 çay qaşığı soda (5 qr)

1 stəkan pudra şəkəri (160 qr)

Yarım stəkan şəkər tozu (100 qr)

1 stəkan kərə yağı (180 qr) otaq temperaturunda

İstəyə görə vanil, darçın qatmaq olar

Bütün ərzaqları qarışdıraraq xəmir halına gətirməlisiniz. Asan olması üçün əvvəlcə şəkər tozu, kərə yağı, yumurtanı bir-birinə qarışdıraraq yumşaldın ki, quru ərzaqları qatdığınızda asan toplanıb xəmir halına gəlsin. Xəmiri oxlovla peçenye qalınlığında yayaraq, şəkilli qəliblərlə kəsin və soba qabına düzün. Biskvitlərin bişmə müddəti 180 dərəcədə 10 dəqiqədir.

Arasındakı qaymaq üçün:

Yarım stəkan şəkər tozu

Yarım stəkan kərə yağı

Yarım stəkan ağ şokolad

 

Hazırlanması:

Şəkər tozu və kərə yağını mikserlə qarışdıraraq krem halına gətirin. Ağ şokoladı benmari üsulu əritmək üçün bir qaba qoyun və altına da içi qaynar su dolu başqa bir qab qoyaraq əridin. Yaxşıca əridiyində kərə yağı və şəkər qarışımı ilə qarışdıraraq qaymağı tamamlayın. Sıxma torbasına doldurduğunuz qaymağı peçenyenin üzərinə sıxın, sonra üstünə başqa peçenye qoyub yapışdırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir