qaynana-gelin

Qaynana-gəlin problemlərinin səbəbləri

Baxış sayı: 1. 070

Eyni kişinin gözündə vacib görünmək istəyi qayınanalar və gəlinlər arasında mübahisələrə səbəb olur. Qısqanclıq və bir-biriylə yola getməməyi nəticəsində hətta qadınların bir-birinə inanılmaz pisliklər etməsi də müşahidə olunur. Səbəblərə birlikdə baxaq.

Qayınana ərindən görmədiyi nəvazişi, sevgini oğlundan istəyir. Qayınanalara görə hətta ideal cütlüklərdə belə mübahisələr ortaya çıxır. Ailə şiddəti müşahidə olunan ailələrdə ərin arvadını döyməyinin əsl səbəbi çox vaxt kişinin anası olur.

Əgər qayınana gəlin olduğu vaxtlar şiddətə, təhqirə, təzyiqə və ya travmalara məruz qalmışsa, evinə gələn gəlininin də həmin hissləri keçirməsini istəyir. Əgər oğul övladı qadının yaşamaq üçün ümid etdiyi yeganə insandırsa, bu zaman qayınana gəlin münasibətləri daha gərgin vəziyyətə çatır. Digər bir tərəfdən qayınana oğlunun sevgisini və şəfqətini heç kimlə paylaşmaq istəmir.

qaynana-gelin

Problem və gərginlik yaradan qayınana düşüncələri: “Bu uşağı mən dünyaya gətirdim, onun hər zaman mənə ehtiyacı var. Onu qorumalıyam. Oğlumun məni unutmamağı üçün onun həmişə yanında olmalıyam. Nəzarət məndə olmalıdır. Oğlumun evi mənim evimdir.”

Gəlinini və hər şeyi olduğu kimi qəbul edən qayınana düşüncələri: “Mən oğlumu çox sevirəm və onun xoşbəxt olmasını, həyat yoldaşı ilə bərabər qarşılıqlı anlayış içərisində yaşamasını arzu edirəm. Oğlum mənim sahib olduğum bir hal deyil, onun mənim övladım olmasından qürur duyduğum bir insandır. Əlbəttə həyat yoldaşı ilə müəyyən məsələlərdə bir-birilərini başa düşməyəcəklər, bəzi hallarda bu mübahisəyə də çevriləcək. Amma mən heç bir vəchlə onların şəxsi həyatına müdaxilə etməyəcəm. Onları təcrübə qazanaraq, bunu gələcəkdə öz övladları ilə paylaşmalıdırlar. Gəlinimlə aramızda hər hansı anlaşmazlıq baş versə, ortaya məsələdən agah etmədən sakitcə problemi yoluna qoymağa çalışmalıyam.”

Problem yaradan gəlin düşüncələri: “Qayınanam bütün məsələlərdə işimizə qarışır. Mütəmadi olaraq nəyi necə etməli olduğum barədə mənə göstəriş verir. Sanki oğluna xidmətçi olaraq gəlmişəm bu evə. Sanki mənim yeganə işim onun oğlunu xoşbəxt etməkdən ibarət olmalıdır. Hər fürsətdə mənim qeybətimi edir. Hər fürsətdə oğluna məndən şikayət edir, mənim etdiklərimi səhv kimi göstərir, bizim mübahisə etməyimizə çalışır. Oğlundan məni ayırmaq üçün əlindən gələn hər şeyi edir. Hər fürsətdə mənim nöqsanlarımı şişirdərək oğluna söyləyir. Uşaqlarıma mənim haqqımda tamamilə yalan şeylər danışır. Əşyalarımı qarışdırmasından nifrət edirəm.

qaynana

“Məsələlərə obyektiv yanaşan gəlin düşüncələri: “Bu qadın mənim ərimin anasıdır. Əlbəttə ki, xüsusiyyətləri və xarakteri etibarilə mənim anamdan fərqli bir qadındır. Onun hərəkətlərinin mənə qarşı yönəldiyini düşünərək bir qərar çıxarmamalıyam. Əksinə oğlunu itirməkdən qorxan bir qadının həyəcanı olaraq düşünüb, anlamağa çalışmalıyam. Onun pis qadın olmadığını bilirəm. Qayınanamın məni incitməsinə imkan verməyəcəm, ancaq özüm də onu incitmək üçün heç bir halda fürsət axtarmayacam. Qayınanam ilə aramızda bir problem olduğu zaman ərimin mənim əvəzimə məsələni həll etməsini gözləməyəcəm. Yoldaşımı seçim qarşısında qoyaraq evliliyimizi təhlükə altında qoymayacam.”

Yuxarıda yazılanlar bir çoxlarınıza yaxşı tanışdır. Ancaq burada məsləhət verməli olsaq, obyektivlikdən bir qədər uzaqlaşmış olacağıq. Çünki hər bir fərd individual olduğu qədər, onun hiss və düşüncələri, mühakimə qabiliyyəti də fərqlidir. Sadəcə bir şeyi unutmaq lazım deyil: anaların canlarından əziz tutduqları övladları da sevərək kimisə evinizə gətirib. Bu zaman gəlininə qarşı aqressiv olan qay?ınananın oğluna olan məhəbbəti nə qədər səmimidir? Gəlinlər isə qarşılarındakı qadının sevərək ərə getdikləri kişinin canından artıq sevdiyi bir insan olduğunu unutmamalıdırlar. Əks halda gəlin öz sevgisində nə qədər səmimidir?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir