qaynana-gelin

Qaynananın gəlinə münasibəti necə olmalıdır?

Baxış sayı: 1. 609

Qaynananın ailə içində münasibəti sevgi və hörmətlə, diqqətlə olmalıdır. Bütün ailələrdə olduğu kimi bu münasibətlərin mənfi-müsbət tərəflərini görə bilirik. Müsbət rəftar kimi onu qeyd edək ki, qaynana öz gəlninə doğma övladı kimi yanaşmalıdır. Əlbəttə, birdən-birə gəlinin doğma anası yerinə keçmək olmaz. Zaman ərzində hadisələrdən asılı olmayaraq, qaynana çalışmalıdır ki, evinə gətirdiyi gəlininə ana sevgisini göstərə bilsin.

Həmişə qaynana-gəlin arasındakı münasibətlər ümumi bir balans çərçivəsi içərisində saxlanılmalıdır. Qaynana gəlnini digər ailə üzvləri yanında aşağılamamalıdır, qohum-qonşuların yanında səsin tonunun qaldırmamalıdır. Belə olan hadisələrdən gəlin istər-istəməz həssaslanıb, qaynanaya qarşı xoşagəlməz hərəkət və rəftar göstərə biləcək.

Related image

Gəlin-qaynana arasındakı münasibət övlad-ana kimi dəyərləndirilməlidir. Bunun üçün qaynana, ailədə hər hansı bir hadisə olduqda belə gəlnini sevməlidir. Onun davranışlarını, əl işlərini, ailəyə olan diqqətini yaxşı mənada təqdir etməlidir. Bu zaman gəlin də qaynanada bu məhəbbəti görüb, ortaq bir sevgiyə malik olacaqlar. Bizim üçün önəmli məsələ, qaynana gəlinin ürəyini qazanmağa çalışmalıdır. Belə olan halda, münasibətlər möhkəm bağ halında olacaqdır. Digər halda isə, yəni, qaynana gəlinlə olan münasibətlərdə bu davranış və rəftarlara diqqət etməzsə, kinlilik və riyakarlıq göstərərsə və bu suniliyin fonunda qaynana yalandan gəlininə “qızım” deyərsə, qarşı tərəf də zaman-zaman bunu hiss edərsə, bu münasibətlər əvvəlki birliyini itirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir